#

“Ulduz” polemikası böyüyür-MÖVQE

“Ulduz” polemikası böyüyür-MÖVQE
12 iyun 2014
# 14:42

Balayar SADİQ

Nə yaxşı ki, Əsəd Cahangir “Ulduz” jurnalından bir məqalə yazdı və bildik ki, Zakir Məmməd adlı bir “tənqidçi” də varıymış. Amma nə tənqidçi?! Hər sözündən kin-küdurət tökülür.

Zakir Məmməd “Ulduz” juranlını oxumadığını özü də etiraf edir və buna baxmayaraq, jurnalı tənqid etməyə özünü haqlı sayır. İlk növbədə bu vicdan kasadlığının göstəricisidir.

Əvvəla, “Ulduz” jurnalının yeni sayı sözün bütün mənalarında özünün keyfiyyəti ilə seçilir. Fakt göz qabağındadır. Lakin yeni ruh, yeni ədəbi düşüncəni sərgiləyən “Ulduz”a qarşı Zakir Məmmədin səriştəsiz və hiddətli yazısı söz adamı olaraq məni təəssüfləndirir. Hətta o məni öz yazısında postmodernist şair kimi təqdim etsə də. Mənə elə gəlir ki, vicdanın heç bir izmə, o cümlədən də postmodernizə dəxli yoxdur. Keçək mətləbə.

Azərbaycan poeziyasında avanqard üslubda ilk şeirlər yazan şairlərimizdən biri, bəlkə də birincisi olan Çingiz Əlioğludur. Həmişə yenilikçi təfəkkürü həzm etməkdə oxucular özlərini itirirlər. Çingiz Əlioğlunun “Ulduz”da çap olunan və Zakir Məmmədin tənqid etmək istədiyi şeiri də bu qəbildəndir. Yəni sıravi oxucunun, yaxud da mental təfəkkürlü insanın, yaxud yazarın həzm edə bilmədiyi nəsnədir. Haqqında danışılan şeir məzmunu etibarilə mental dəyərlərə söykənmir, bəşəri mündəricə daşıyır. Əyalət təfəkkürlü adamların onu anlaması çətindir. Tam səmimiyyətlə deyirəm ki, Çingiz Əlioğlu çağdaş modern poeziyamızın canlı klassiklərindən biridir.

Zakir Məmməd öz yazısında Əsəd Cahangiri dəyərli tənqidçi kimi görsə də, onun təqdir etdiklərinə nədənsə etinasızlıq göstərir. Əcəba, bəy dediyin nədir, bəyənmədiyin nədir? Bu faktın özü göstərir ki, Zakir Məmməd yazısında səmimi deyil, öz fikirlərini ifadə etmir, kiminsə sifarişini yerinə yetirir, bir sözlə “zakaz-otdel”də işləyir. Ədəbi tədqiqat nəticəsində bu sifarişin hardan gəldiyini də öyrənə bildik. Kimlərsə cavan redaktorun uğurlarının öz toz basmış, primitiv təfəkkürlərini ədəbi camiəyə bütün çılpaqlığı ilə aşkar edəcəyindən xoflanır və əl altından belə yazılar yazdırırlar. Amma bilmirlər ki, ədəbi həqiqət fakt olaraq həmişə qalib gəlir.

Qaldı ki, Qulu Ağsəs çağdaş ədəbi mühitdə orijinal şair olduğu kimi, “Ulduz”un nəşri ilə həm də istedadlı, yenilikçi və bacarıqlı redaktor kimi özünü təsdiq etdi. Yeri gəlmişkən Əsəd Cahangir dəyərli tənqidçi olmazdan qabaq mənim fikrimcə, çağdaş poeziyamızın ən orijinal təfəkkürlü şairlərindən biridir. Və onun Quluya həsr etdiyi qəzəldə dediyi kimi,

Şairi-məşhur idin hər sözün, hər kəlmən ilə,

Nəşri-ulduzla naşir kimi bir ad elədin.

Və nəhayət, Zakir Məmməddən fərqli olaraq mən başqalarının uğurlarına sevinməyi də bacarıram və bu yaxınlarda Rəsul Rza mükafatı alması münasibəti ilə onu təbrik edirəm. Mənə elə gəlir ki, Cingiz Əlioğlu da, Əsəd Cahangir də, Qulu Ağsəs də bu təbrikə qoşulardı.

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #