"Xalq əmanəti"nin yubiley nəşri təqdim olundu FOTOLENT

"Xalq əmanəti"nin yubiley nəşri təqdim olundu FOTOLENT
3 mart 2014
# 13:43

“Xalq Bank”ın baş ofisində “Xalq əmanəti” layihəsi çərçivəsində SSRİ və Azərbaycanın Xalq rəssamı, SSRİ Dövlət mükafatı və Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş kitab geniş ictimaiyyətə təqdim olunub.

Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Xalq rəssamı Arif İbrahimov, Çingiz Əlioğlu və başqaları mərhum sənətkarın yaradıcılığından bəhs edərək, onun irsini araşdırıb nəfis tərtibatda çap edən “Xalq Bank”ın rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Tədbirdə rəssamın əl işləri nümayiş edilib.

M. Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş kitab “Xalq əmanəti” layihəsi çərçivəsində təqdim edilən sayca onuncu nəşrdir.

Xalq Rəssamının əsərlərindən ibarət kitabın layihə müəllifi Rafiq Həşimov, tərtibçi Emin Məmmədov, redaktoru isə Səlim Babullaoğludur.

2010-cu ilin mart ayında “Xalq Bank” ASC Azərbaycan xalqının mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsi məqsədilə “Xalq Əmanəti” sosial-mədəni layihəsinin həyata keçirilməsinə qərar verib. Layihəyə Azərbaycanda və ölkə hüdudlarından kənarda çoxsaylı peşəkarlardan ibarət komanda cəlb olunub.

Dörd il müddətində “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın böyük rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görüb, “Azərbaycan sikkələri” elmi-tarixi tədqiqat işi nəşr etdirilib. Bankın Bakı və Gəncə şəhərlərində yerləşən binalarında rəssamların sərgiləri təşkil edilib.

Bütün nəşr olunmuş kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur.

Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu illər ərzində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, eləcə də Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.

# 4033 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər