“Qadınsız işləyə bilməyən yeganə həkim ginekoloqdur”

“Qadınsız işləyə bilməyən yeganə həkim ginekoloqdur”
30 yanvar 2013
# 08:00

Kulis.Az “Planet parni iz Baku” kollektivinin üzvü Cabir İmanovun facebook sosial şəbəkəsindəki səhifəsində yazdığı şən statusları təqdim edir.

“Görkəmli müğənni Kamran Həsənlinin sonuncu konsertində əsl möcüzə baş verib. Belə ki, ön sırada “invalid kalyaskası”nda əyləşmiş əlil uşaq konsertin 3-cü dəqiqəsində ayağa qalxaraq zalı tərk edib”

“Dünən Fransanın paytaxtı Parisdə yaşayan azərbaycanlı tələbələr məşhur kuturye "Giorgio Armani"-nin ofisinin qarşısında mitinq keçiriblər. Bizimkilərin dediyinə görə Giorgio Armani Gürcüstan ermənisidir”

“Bu yaxınlarda "Xəzər Lənkəran" və "Neftçi" komandalarının görüşü nə az, nə çox düz yarım saat yubanıb. Məsələ burasındadır ki, oyunun əvvəlindəki püşk atma mərasimi komandaların kapitanları arasında “reski” qumar oyununa çevrilib. Onu da qeyd edək ki, “Xəzər Lənkəran”ın kapitanı 2 manat 40 qəpik qabağa düşüb”

“Yaxın günlərdə müstəqilliyini elan etmiş Cənubi Sudan Afrika Respublikasına bu yaxınlarda ilk azərbaycanlı turist ayaq basıb. Sabahı gün vətəndaşımız Sudan bazarlarından birində içində 10.000 dollar olan pul qabını itirib. Çoxdandı Cənubi Sudanda bu qədər iqtisadi artım müşahidə olunmayıb”

“Bu gün səhər saat 9 radələrində Yol Patrul Xidmətinin əməkdaşı serjant Ziyanverənov Dövlət Neft Şirkətinin məsul işçisini saxlayıb. “Kəməri niyə bağlamamısınız?” sualına o belə cavab verib:


- Əgər mən kəməri bağlasam bütün Avropa neftsiz qalar”

“Bu yaxınlarda “Formula-1” yarışı üzrə təşkilatçılar ümumdünya qurultayında bu qənaətə gəliblər ki, Azərbaycanda heç vaxt “Formula-1” yarışı keçirilə bilməz. Məsələ burasındadır ki, bizimkilər 5 saniyəyə nəinki təkəri çıxardıb dəyişdirmək, hətta onu satmağı belə bacarırlar”

“Çimərlik futbolu üzrə dünya çempionatında Azərbaycan yığması dünya ictimaiyyətini şoka salıb. Məsələ burasındadır ki, bizim çimərlik futbolçularımız meydançaya qarpız, pendir və araqla çıxıblar”

“Bu yaxınlarda alimlər araşdırıblar ki, qadınsız işləyə bilməyən yeganə həkim ginekoloqdur”

“Respublikanın aparıcı mütəxəssisləri 2012-ci ilə yekun vurublar. Onların fikrincə 2012-ci ildə əhali arasında çap məhsulları içində ən çox tələbat pul əskinazlarına olub”

“Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, yaxşı QAİ işçisi peşəkar snayper kimidir. 1-2 uğurlu atışdan sonra dərhal mövqeyini dəyişib, başqa yerdə gizlənməlidir”

“- Salam, Qiymət müəllim, necəsiniz?
- Belə də yavaş-yavaş qalxıram!”

# 6041 dəfə oxunub

Oxşar xəbərlər

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

14:30 25 dekabr 2025
Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

12:55 25 dekabr 2025
"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

12:00 24 dekabr 2025
Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı  - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

10:00 18 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər