Opera müğənnisi Şövkət Məmmədovanın xatirəsi anılıb

Opera müğənnisi Şövkət Məmmədovanın xatirəsi anılıb
9 oktyabr 2017
# 10:01

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Sərəncamına əsasən gerçəkləşib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli ifaçının həyat və yaradıcılığından danışıb. Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən nazir müavini onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. Ə.Vəliyev deyib ki, Xalq Artistinin həyatının keşməkeşli olmasına baxmayaraq o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Onun zəhməti aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan nazir müavini onun pedaqoji fəaliyyətindən də danışıb.

Sonra Ş.Məmmədovanın Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verilib.

Tədbir Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

# 2417 dəfə oxunub

Oxşar xəbərlər

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

12:00 3 mart 2026
"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

15:00 28 fevral 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər