“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb

“Bölgələrdən Səslər”in ikinci cildi işıq üzü görüb
14 oktyabr 2014
# 13:03

Respublikamızın bölgələrində yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən “Bölgələrdən səslər” antologiyasının ikinci cildi işıq üzü görüb. Kulis.Azın məlumatına görə kitab Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta..." adlı layihə çərçivəsində işıq üzü görüb.

Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər yer alıb. Antologiya gənc yazarların öz nəsildaşları tərəfindən tərtib edilib.

Gənc yazarlardan İntiqam Yaşar (Gədəbəy), Gülnar Səma (Tovuz), Şəfa Vəli (Gəncə) və Tural Adışirinin (Şəki) tərtibçisi olduqları antologiyanın məsləhətçiləri yeni nəsil yazarlardan Elxan Yurdoğlu (Naxçıvan MR), Elşən Əzim (Mingəçevir), Əlirza Həsrət (Cəlilabad), gənc yazıçı-dramaturq Rəvan Tohidoğlu və şair Dəyanət Osmanlıdır. Gənc yazar Əfsanə Ələsgərlinin “ön söz” yazdığı antologiyanı şair-publisist Əkbər Qoşalı və Rəsmiyyə Sabir redaktə ediblər.

“Nurlan” nəşriyyatında işıq üzü görən antologiyada verilən poeziya və nəsr örnəkləri janr, mövzu, üslub və s. baxımından rəngarəngdir. Buraya heca, sərbəst və əruz vəznində yazılan şeirlər, günümüzün bəzi gerçəkliklərini, gənclik dünyasının yaşantılarını, folklor və mifologiyadan qaynaqlanan mənzərələri yansıdan hekayələr, esselər... daxildir.

DGTYB bundan öncə, 2012-ci ildə “Bölgələrdən səslər”in birinci cildini hazırlamışdı və o ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Sözügedən antologiya bir çox gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması, onların ədəbi aləmdə uğurla addımlamasına təkan olub. Bunu nəzərə alaraq, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayıb-yaradan gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması üçün “Bölgələrdən Səslər”in ikinci cildi oxucuların mühakiməsinə verilir.

Antologiya 18 oktyabr 2014-cü il (saat 12.00) Azərbaycan respublikası Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans Salonunda (Bakı, Cəfərov qardaşları küçəsi-16) ictimaiyyətə təqdim ediləcək.

Maraqlananlar iştirak edə bilər.

# 2128 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi

12:00 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər