Vaqif Səmədoğlunun şeirlər kitabının təqdimatı olub

Vaqif Səmədoğlunun  şeirlər kitabının təqdimatı olub
16 sentyabr 2014
# 17:17

AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində xalq şairi Vaqif Səmədoğlunun ABŞ-da çap olunan “Zülmətdə günəşə mahnı” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

APA-nın verdiyi məlumata görə, tədbirdə müəlliflə yanaşı Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, şair Ramiz Rövşən, akademik Teymur Kərimov, xalq şairi Fikrət Qoca və başqaları da iştirak ediblər.

Muzeyin direktoru, millət vəkili Rəfael Hüseynov bildirib ki, Vaqif Səmədoğlunun şeirlərinin ingiliscəyə tərcümə olunması və ABŞ-da çapı önəmli hadisədir: “Bu, bir daha göstərdi ki, Vaqif Səmədoğlu yalnız Azərbaycanın deyil, həm də Avropanın və Amerikanın şairidir”.

Kitabı çapa hazırlayan Betti Bleyr qeyd edib ki, kitaba 103 şeir daxil olunub: “Bu layihə çox müsbət bir işdir. Mən şeirlərin tərcüməsində və çapında əməyi keçənlərə təşəkkürümü bildirirəm. Vaqif Səmədoğlunun şeirlərini oxumuşam və çox bəyənmişəım. Çünki, bu şeirlərdə azadlıq mövzusu üstünlük təşkil edir”.

Bleyr əlavə edib ki, Amerikada “Azerbaijan İnternational” nəşriyyatında çap olunmuş kitabın elektron versiyası da mövcuddur.

Çıxış edən digər qonaqlar Vaqif Səmədoğlunun poeziyasından söz açıb, onun şeirlərinin Amerikada müsbət qarşılanacağına inandıqlarını qeyd edirlər. Vaqif Səmədoğlu da çıxışında bu kitabın çapında zəhmət çəkən hər kəsə təşəkkür etdiyini bildirib.

Sonda xalq artistləri Fəxrəddin Manafov və Fuad Poladov Vaqif Səmədoğlunun şeirlərini oxuyublar.

# 2988 dəfə oxunub

Oxşar xəbərlər

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər