Braziliyada fahişələr çempionata belə hazırlaşır

Braziliyada fahişələr çempionata belə hazırlaşır
12 iyun 2014
# 08:00

Bu günlərdə hər kəsin gözü futbol üzrə dünya çempionatının keçirildiyi Braziliyadadır.

Bəs Braziliya haqda nə bilirik?

Kulis.az Braziliya və əhalisi haqda maraqlı faktları təqdim edir.

- Braziliyada transseksual o qədər çoxdur ki, hətta tualetlərin qabağında “Q”, “K” ilə yanaşı “T” da yazılıb.

- Braziliyada heç kim görüş yerinə vaxtında gəlmir. Görünür orda belə qəbul olunub. Məsələn, siz qonağı saat 17.00-a çağırmısınız, o saat 19.00-20.00 radələrində gələcək. Məsələ təkcə qonaqlarda deyil, hətta xəbərlər və seriallar da 15 dəqiqə gec başlayır.

- Braziliyalılar demək olar ki, nağd puldan istifadə etmirlər. Ancaq kartla ödəniş edirlər. Nağd pulla ödəmək istəsəniz qəpikləri sayıb qurtara bilməyəcəksiniz.

- Bəzi adamlar ciddi-ciddi belə düşünürlər ki, Braziliyada küçələrdə meymunlar qaçışır. Amma bu heç də belə deyil. Orda meymun tapmaq elə də asan deyil.

- Küçələrdə gecə gəzmək çox təhlükəlidir. Ona görə də gecələr küçələrdə heç kim əylənmir. Uşaqları hətta gündüz çölə tək buraxmırlar.

- Braziliyada ən yaxşı hədiyyə güldür.

- Braziliyalılar erkən nikaha girmirlər. Ən tez evlənən adamın minimum 25 yaşı olur.

- Ən sevimli məşğuliyyətləri kütləvi şəkildə yığışıb pivə içə-içə futbola baxmaqdır.

- Braziliyalılar çox ünsiyyətcil insanlardır. Onlar bir-bir ilə əsas oldu-olmadı danışırlar. Buna baxmayaraq küçədə qıza yaxınlaşıb tanış olmaq olmaz.

- Braziliyada dünyanın ən yaxşı kofesi istehsal edilir. Amma onların özləri kakao içməyi xoşlayırlar.

- Braziliyada qadınlarla görüşəndə hər iki yanağından öpmək məqbuldur. Kişilərlə isə ənənəvi olaraq əllə görüşmək lazımdır.

- Rio-de-Janeyro şəhərində axşam 10-dan səhər 5-ə kimi sürücülər qırmızı işıqdan keçə bilər. Avtomobillər qarət olunmasın deyə buna icazə veriblər.

- Braziliyanın əsas dili portuqal dilidir. “Məqalənin sonu” portuqal dilində “final do artigo” deməkdir.

- Fahişəliyin leqal olduğu Rioda Amsterdamda olduğu kimi “Qırmız fənərlər küçəsi” mövcuddur. 12 iyunda başlayan Dünya Çempionatına hazırlıq məqsədi ilə 2 minə yaxın seks işçisinə ingiliscə və kredit kartı mövzusunda təlimlər keçirlər. Seks işçiləri bura gələcək 4 milyona yaxın turisti gözləyirlər. Pritonların yerləşdiyi məkanlarda turistlər üçün bəzi qeydlər də asılıb. Burada xəstəliklər, həkimlər və psixoloji yardım barədə məlumatlar yer alıb. “Getty Images” agentliyinin fotoqrafı Mario Tamanın aşağıdakı təqdim etdiyimiz fotolarında bu hazırlığı görə bilərsiniz.













# 7911 dəfə oxunub

Oxşar xəbərlər

"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

13:30 28 noyabr 2025
Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

16:55 27 noyabr 2025
Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

15:11 27 noyabr 2025
"Alman romantizminin son cəngavəri"  adlandırılan yazıçı

"Alman romantizminin son cəngavəri" adlandırılan yazıçı

18:18 26 noyabr 2025
Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

17:23 26 noyabr 2025
İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

İngilis dilini öyrənmək istəyirdi, dramaturq oldu - Ejen İonesko qurtuluşu nədə görürdü?

14:00 26 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər