Fəxri ad alan sənətçilərə sənədləri təqdim olundu

Fəxri ad alan sənətçilərə sənədləri təqdim olundu
20 sentyabr 2013
# 17:19

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəxri adlara, orden və medallara layiq görülən sənətçilərə vəsiqələrin təqdim olunması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan teatrı beynəlxalq aləmdə öz gücünü, tarixini layiqincə nümayiş etdirir: "Bu, sözsüz ki, müstəqilliyin bizə verdiyi imkandır. Biz müstəqil olmasaydıq, bizim aktyorlarımız, bəstəkarlarımız, rəssamlarımız beynəlxalq tədbirlərdə Azərbaycan sözünü dilə gətirə bilməyəcəkdilər. On ildə 970-dən çox tamaşa təhvil vermişik. Onlardan 200-ü dövlət sifarişi ilə hazırlanıb. Azərbaycan teatrı 40-a qədər beynəlxalq teatr festivallarında iştirak edib. Bu çox böyük rəqəmdir. Yeddi teatra yeni gənc rejissorlar göndərilib. Bu o deməkdir ki, Azərbaycan teatrı yaşayır, onun istedad mənbəyi tükənə bilməz. Teatr cəmiyyətin aparıcı qüvvəsi və aynasıdır".

Ə.Qarayev əlavə edib ki, hazırda təmir və yenidən qurulmasını gözləyən teatrlarda da işlər davam etdiriləcək: “Biz Opera və Balet Teatrının, İrəvan Dövlət Dram Teatrının, Bakı Bələdiyyə Teatrının yenidən qurulmasını planlaşdırırıq. Azərbaycan teatrının fəaliyyəti dünya teatrının diqqəti mərkəzindədir. Biz qərara gəldik ki, məhz teatr mövsümünün açılışında mədəniyyətimizə töhfə verən insanların yüksək fəaliyyətini qiymətləndirək".

Tədbirin sonunda sənətçilərə "Şərəf", "Şöhrət", "Xalq artisti", "Tərəqqi", "Xalq rəssamı" "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" və s. fəxri adlar və mükafatlar təqdim olunub.

Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Şəfiqə Məmmədova, xalq artistləri Amaliya Pənahova, İlhamə Quliyeva, Afaq Bəşirqızı, Bəxtiyar Xanızadə və başqaları sənətlərinə verilən qiymətə görə minnətdarlıqlarını ifadə ediblər.

# 2193 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər