Ərinə görə yəhudiliyi qəbul edən məşhur aktrisa

Ərinə görə yəhudiliyi qəbul edən məşhur aktrisa
28 fevral 2015
# 10:17

Elizabet Teylorun həyat yoldaşını əlindən qaldığı qadınlardan biri deyib ki, ərinin hərəkəti başa düşür. Həqiqətən Hollivud gözəlinin qarşısında tab gətirmək çətin idi. Aktrisa az kişi qəlbi qırmayıb, amma sevgisi də səkkiz kişiyə çatacaq qədər olub. Teylor ilk dəfə nişan üzüyünü taxanda cəmi 18 yaşı vardı. Kinodivanın son nikahı isə 59 yaşında bağlanmışdı.

Məşhur Hollivud aktrisası Elizabet Teylor kimlərlə ailə qurub? Gəlin xatırlayaq.

№ 1 Konrad Nikolson Hilton

Elizabet Teylorun birinci nikahı heç bir il çəkmədi. "Hilton" mehmanxanalar şəbəkəsinin banisinin oğlu Konradla aktrisa gecə klublarından birində qarşılaşmışdı. Dörd ay sonra 18 yaşlı Liza ilə 23 yaşlı Nik evlənirlər. Toy mərasimində 700 qonaq iştirak edirdi! Gəlinlik paltarının dizayneri Helen Rouz idi. O, sonralar Monako şahzadəsi Qreys Kellinin də toy paltarının müəllifi olacaqdı. Hər şey çox gözəl başlamışdı. Ancaq artıq bal ayı zamanı Elizabet anladı ki, çox yüngülxasiyyət bir kişiyə qismət olub. Bundan başqa həyat yoldaşı narkotik və alkoqol asılılığından əziyyət çəkirdi. Hiltonun ona əl qaldırması Teylorun səbrinin daşması üçün son damcı oldu. Sərxoş vəziyyətdə Konrad arvadını vurdu. Bunun nəticəsində qadının uşağı düşdü.

1 fevral 1951 aktrisa rəsmən boşanaraq sərbəst qadın oldu. Bu evlilikdən ona "Hilton" korporasiyasının böyük miqdarda aksiya paketi və keçmiş ərinin çoxsaylı hədiyyələri qaldı.

№ 2 Maykl Uayldinq

Kinodivanın ikinci nikahı birincidən daha uğurlu oldu. Teylora evlilik təklifi edən məşhur aktyor Maykl Uayldinq idi. Onlar İngiltərədə çəkilişlərdə tanış olmuşdular. Maykl Hiltondan fərqlənirdi: düşüncəli və cəsarətli idi. Üstəlik Lizadan da 20 yaş böyük idi. Amma bütün bu müsbət keyfiyyətlərinə baxmayaraq onun bir minusu vardı - evli idi. İstənilən başqa qadını bu fakt fikrindən daşındıra bilərdi, yalnız Elizabeti yox. Aktrisa sevgilisinin Hollivudda əlverişli müqavilə bağlamasına nail oldu və onu özü ilə Amerikaya apardı. 21 fevral 1952-ci ildə cütlük evləndi, bu dəfə toy dar çevrədə qeyd edildi. Lizanın Mayklla nikahından iki oğlu oldu. Əvvəlcə o çəkilişlərə vaxt ayırmaqla yanaşı analıq və həyat yoldaşı rollarını mükəmməl oynayırdı. Amma tədricən özləri də fikir vermədən bir-birlərindən uzaqlaşmağa başladılar. Bundan başqa Maykl Elizabetdən fərqli olaraq şəxsi karyerası ilə daha az maraqlanmağa başladı. Teylor fəal surətdə çəkildiyi vaxtlarda o, yaxşı rollardan imtina edirdi. Təbii, Hollivudun kraliçası özünün yanında başqa cür bir kişi görmək istəyirdi. Buna görə toydan beş il sonra o Uayldinqlə ayrıldı. O, bunu tərəddüdsüz elədi, axı artıq uğurlu bir prodüserlə roman yaşayırdı.

№ 3 Mayk Todd

Növbəti boşanmadan sonra Elizabet Teylor əməlli-başlı subaylıq yaşaya bilmədi. Üç gün sonra o, artıq prodüser Todd Maykın arvadı idi. Bu ittifaq aktrisaya təkcə güclü hislər bəxş etmədi, həm də çox parlaq rollar qazandırdı. Çünki onun həyat yoldaşı Hollivudda geniş əlaqələrə malik idi. 1957-ci ildə Elizabet Maykdan qız dünyaya gətirdi. Teylor ərini o qədər çox sevirdi ki, ona görə yəhudiliyi də qəbul etdi. Əgər o qorxunc aviaqəza olmasaydı bu nikahın aktrisanın həyatında sonuncu olması üçün bütün şansları var idi. 22 mart 1958-ci ildə Todd arvadının şərəfinə "Xoşbəxt Liza" adlandırılan təyyarəsində Nyu-Yorka yola düşdü və qəzaya uğradı. Aktrisa da əri ilə uçacaqdı, amma xəstələndiyi üçün evdə qalmağa məcbur oldu. Sevimli insanını itirməsi onun üçün güclü zərbə idi. Keçmişi unutmağa çalışan Teylor beləcə alkoqola qurşandı.

№ 4 Eddi Fişer

Ərinin ölümü atlatmaqda Lizaya mərhumun ən yaxşı dostu kömək etdi. O şəxs cütlüyün kəbinində də şahidlik etmiş müğənni Eddi Fişer idi. O, Teylora depressiyanın öhdəsindən gəlməyə elə səylə kömək edirdi ki, dostluqları tezliklə sevgiyə çevrildi. Fişer Lizaya görə ona iki qız uşağı bəxş etmiş xanımı Debbi Reynolu tərk etdi. Elizabet dördüncü dəfə 12 mart 1959-cu ildə, Las-Veqasda nikah masasına əyləşdi. Kinodivanın yeni izdivacı cəmiyyətdə hiddət doğurdu. O, pərəstiş obyekti olmaqdan çıxıb ailələri məhv edən dağıdıcıya çevrildi. Fişer sevgilisini dəstəkləyir, ona bahalı hədiyyələr bağışlayır və onun sağlamlığının qeydinə qalırdı. Onun sayəsində Teylor depressiyanın öhdəsindən gələ bildi, fəal şəkildə çəkilişlərdə iştirak etməyə davam elədi, hətta "Batterfild 8” filmində oynadığı rola görə öz birinci Oskarını aldı. Onların uşaqları olmurdu, buna görə də uşaq götürməyə qərar verdilər. Sənədlərin hazır olduğu vaxt ailə qəfildən dağılmağa başladı. Bu dəfə səbəbkar aktrisanın “Kleopatra” filmində tərəf müqabili olduğu aktyor Riçard Berton idi. Liza ilə Eddi 1964-cü ilin martında boşandılar.

№ 5 Riçard Berton

Beşinci dəfəyə ərə getmək üçün Elizabet yenə ailəni dağıtmalı oldu. Teylorun "Kleopatra" filmindəki tərəf müqabili Riçard Bertonla münasibətləri o qədər güclü idi ki, tezliklə bütün çəkiliş qrupu və aktyoru səfərdə müşayiət edən xanımı da onların sevgisindən xəbər tutdu. Əlbəttə, bu münasibət də əvvəlkilər kimi dedi-qodular doğurmaya bilmədi. Bu isə kinofilm şirkətinə lazım deyildi. Etiraz dalğasının qarşısını almaq üçün, şirkət Bertonu mətbuat konfransını keçirərək Elizabetlə evlənməyəcəyini deməyə məcbur etdilər. Bunu eşidən Teylor özünə qəsd etməyə cəhd göstərdi. Film ekranlara çıxandan sonra aktyor sözləri təkzib edərək bildirdi ki, bu əfsanəvi gözəlin əri olacaq. 15 mart 1964-cü ildə cütlük nikah masasına əyləşdi. Sevgililər Mariya adlı qızı övladlığa götürdülər. Bu birlikdəlik olduqca mürəkkəb idi. Onlar tez-tez küsüb-barışaraq düz 10 il birlikdə oldular. 1974-cü ildə boşanan ər-arvad tezliklə anladılar ki, bir-birlərindən ayrı qala bilməzlər. Buna görə də 1975-ci ildə yenidən evləndilər. İkinci dəfə ailə qurmaqları dağılmış münasibətlərini bərpa etməyə kömək olmadı. Cütlük doqquz ay sonra əbədi ayrıldı.

№ 6 Con Uorner

Lizaya altıncı dəfə ərə getmək üçün xoşbəxtlikdən bu dəfə ailə dağıtmaq lazım olmadı. Yorulmaq bilməyən ulduzun seçimi bu dəfə siyasətçi Con Uorner oldu. Teylor ilk başda nümunəvi həyat yoldaşı olmağa çalışırdı. O, ərinə Virciniya ştatının senatına keçməyə kömək etdi, amma məhz bundan sonra alkoqol onun həyatında yenidən qayıtdı. Spirt asılılığı ilə mübarizə apara bilməyən aktrisa xüsusi klinikada müalicə keçməyə məcbur edilir. Həyat yoldaşı öz karyerasını qurmaqla məşğul idi və buna görə Teylora lazımlı dəstəyi göstərə bilmirdi. Toydan altı il sonra onların nikahı dağıldı.

№ 7 Larri Fortenski

Əfsanəvi Elizabet Teylorun sonuncu həyat yoldaşı iki dəfə evli olmuş adi işçi idi. Larri aktrisadan 20 yaş balaca idi və bir qızı vardı. Kinoulduz və inşaatçı alkoqol asılılığından müalicə klinikasında tanış oldular. Yəqin həyatının sonuncu evliliyi olduğunu anladığı üçün Teylor toy mərasimini təmtəraqlı şəkildə təşkil etdi. Toy Maykl Ceksonun rançosunda təşkil edildi. Larri şan-şöhrətli və zəngin Elizabeti sevməyə hazır idi, amma onun xəstəliyini gözə almamışdı. Aktrisa hər iki ayağın çanaq-bud oynaqlarının süni implantasiyası əməliyyatı keçirəndən sonra Larrinin onu sevmədiyi məlum oldu. Elizabet Teylor həyatının sonuncu boşanmağını 1996-cı ildə yaşadı.

# 1442 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #