Məşhur aktrisa: “Ateist olduğumu öyrənəndə...”

Məşhur aktrisa: “Ateist olduğumu öyrənəndə...”
15 dekabr 2014
# 10:00

Kulis.az məşhur Hollivud aktrisası Codi Fosterin həyatdan öyrəndiklərini təqdim edir.

Mən heç vaxt çəkilişdən evə qrimdə gəlməmişəm. Anam həmişə deyirdi ki, sənin iş günün bitəndə, sən də işi bitirirsən. Düz də deyirdi.

Mən hərdən sadə şeylər arzulayıram-gecəni divanda oturaraq keçirmək, kitab oxumaq və sabahkı işlər barədə düşünməmək. Amma Allaha şükürlər olsun ki, mən bu barədə heç vaxt ciddi düşünməmişəm.

Nəyə görəsə insanlar mənim ateist olduğumu biləndə təəccüblənirlər.

Din – öyrənilməsi vacib olan elmdir. Sən bütün bu müharibələrin niyə görə aparıldığını bilməlisən.

Qəddarlıq insani bir şeydir. Amma heç kəs onu qədərində etmir.

Mən çox tez-tez qurban rolu oynamışam. Dünyanın qadınlıq tarixi məhz elə bu haqdadır.

Öz uşaqlarından asılı vəziyyətdə olan və onları hər şeydə nəzarətdə saxlayan ana pis anadır.

Uşaqlarımın nə haqda danışdıqları barədə çox şey bilmək istəmirəm. Çünki özümün o yaşda nələrdən danışdığını yaxşı xatırlayıram.

İstənilən yaş dövründə özündən balacalarla, yaxud böyüklərlə vaxt keçirmək daha maraqlıdır, nəinki həmyaşıdlarla.

Heç bir halda 20 yaşıma qayıtmaq istəməzdim. Bu yaş qorxunun əsiri olduğun dövrdür. Belə yaşamağa dəyməz.

Uşaqlarının sənin gözünün qabağında yaşlandığını görmək dəhşətlidir.

Anam həmişə gecikərdi və bu məni dəli edərdi. Ona görə də mən evə vaxtında gəlirəm. Gördüyünüz kimi bəzən uşağa tərbiyəni tamamilə təsadüfən də vermək olur.

Mən Avropa kinosunu sevirəm – çünki mən onunla böyümüşəm.

Mən daha çox öz filmləri haqqında danışan rejissorlara qulaq asmağı sevirəm.

Aktyorun tamaşaçı qabağındakı məsuliyyəti tamaşaçının düşündüyündən də artıqdır.

Anlayışlı olmaq – dünyada ən vacib şeylərdən biridir. Amma bunu başqalarından gözləməyə ehtiyac yoxdur.

“Tale” – qərar verə bilməyənlər üçün ən yaxşı sözdür.

Normallıq – bu can atılası şeydir, bu qaçılası şeydir.

Tez-tez danışan insanlar məni bezdirmir. Əgər sən tez-tez danışa bilirsənsə, deməli həm də sürətli düşünürsən.

Mənə elə gəlir ki, qadınlar 40 yaşında ağıllanırlar.

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?

15:00 11 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər