Məşhur müğənni: “Mənim sevgim təhlükəlidir”

Məşhur müğənni: “Mənim sevgim təhlükəlidir”
5 iyul 2014
# 07:45

Kulis.az dünyaca tanınmış musiqiçi Freddi Merkurinin (1946-1991) həyatdan öyrəndiklərini təqdim edir.

MƏN GÖZBAĞLAYICI OLMAQ istəyirdim, yaxşı ki, fikrimi dəyişdirmişəm.

MƏN DOQQUZ İLİMİ məktəb-pansionda keçirdim. Valideynlərimi nadir hallarda görürdüm. Nəticədə problemlərimi özüm həll etməyi öyrəndim və öz gücümlə ayaqda dayana bilirəm.

GƏNCLİYİMDƏ, o zamanlarda ki, pulum az olurdu, mən bir-iki həftə özümü qısıb pul yığırdım, sonra birdən buraxırdım özümü.

MƏN SADƏCƏ MUSİQİLİ FAHİŞƏYƏM, mənim əzizlərim.

İNSANLAR AŞİQ OLMAĞA VƏ AYRILMAĞA davam edirlər. Mən bu sonsuz proses haqqında musiqi bəstələyirəm.

ƏGƏR SABAH ÖLMƏK QİSMƏTİMDƏ VARSA, mən buna görə heyifslənmərəm. Mən həqiqətən əlimdən gələn hər şeyi etdim.

MƏN SABAHKI GÜN ÜÇÜN YAŞAYIRAM, bu günün canı cəhənnəmə.

MƏNİM ÜÇÜN ƏN ÇƏTİN ŞEY – sabahkı konsertdə nə geyəcəyimdir. Artıq hər şeyi geyinmişəm.

MƏN KONSERT VERMİRƏM, mən dəb göstərisi təşkil edirəm.

NƏ QƏDƏR ÇOX PROBLEMİM VARSA, mahnılarım o qədər yaxşı alınır.

MƏNİM SEVGİM TƏHLÜKƏLİDİR. Kim təhlükəsiz sevgi istəyər ki? Təsəvvür edin “Mənim sevgim təhlükəsizdir” adında mahnı yazmışam. Heç vaxt satılmaz.

MƏNİM ƏSL DOSTLARIM YOXDUR. Mənə elə gəlir ki, mən insanları yaxına buraxanda, onlar məni məhv edirlər.

MƏN ÇOX TEZ AŞİQ OLURAM, məni incidən də elə budur.

OLA BİLƏR Kİ, SƏNİN HƏR ŞEYİN VAR, amma sən buna baxmayaraq, yalnızsan. Bu tənhalığın ən pis cəhətidir.

UĞUR mənə milyonlarla fanat və funt-sterlinq gətirdi, amma məni bir şeydən məhrum etdi-zunmüddətli münasibətlərdən. Bu, hamımıza lazımdır.

MƏN ZİRVƏYƏ QALXDIQDAN SONRA, yeganə yolum qalmışdı-aşağıya. Bu isə ən çətin idi.

20 İLDƏN SONRA MƏN NƏ EDƏCƏM? Təbii ki, ölü olacam.

MƏN DEMƏK OLAR Kİ, KİTAB OXUMURAM – məncə bu vaxt itkisidir. Bilirəm ki, insanlar buna görə məni öldürəcək.

Mənbə: “Esquire.ru

# 10231 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər