Əmisi oğlunun arvadına sevgi şeiri yazan şair

Əmisi oğlunun arvadına sevgi şeiri yazan şair
12 aprel 2014
# 07:45

İngilis qəzeti “Guardian”ın yazarı Saymon Gog məşhur yazıçı və şairlərə ruh verən, onları motivasiya edənlər haqqında məqalə yazıb.


Gay Valeri Katull və Klaudia Palçer

Eramızdan əvvəl yaşamış romalı şair Gay Valeri Katull sevgilisini şeirlərində “Lezbia” adı ilə anıb. Onun “Lezbia”sı dövrünün aristokrat ailələrindən birinin qızı Klaudia Palçer idi. Katullun “qara ilham pərisi” Klaudia əslində onun əyyaş və qumarbaz əmisi oğlu ilə evli olub. Şair erotik şeirlərində Lezbiaya dərin sevgi, ehtiras və heyranlığı deyil, sevdiyi qadına qovuşa bilməyən insanın ağrısını, nifrət və peşmanlığını qabardıb. Bəzi mənbələrə görə latın dilinə “basium”, yəni “öpüş” sözünü də məhz Katull gətirib.

Şekspir və gizli sevgilisi

İlham pərisi gərək həmişə qadınlar olsun? Şekspirin yaradıcılığına baxanda, bu suala “yox” cavabını rahat vermək olar. Çünki Şekspirin sevgisi “baharı əbədi olan” mücərrəd şəxsdir. Hətta bəzi ədəbiyyatçılar bunun “Tanrı” sevgisi olduğunu deyirlər. Ancaq Şekspir dindar deyildi, sevgililəri barədə də tarixdə heç nə yazılmayıb. Belə çıxır ki, Şekspiri yazmağa bilinməyən, tanınmayan, bəlkə də abstrakt bir varlıq impuls verib…

Con Kits və Fenni Braun

Xırda mavi gözləri, eleqant görünüşü olan Fenni, Con Kitsə ingilis ədəbiyyatının ən gözəl sevgi şeirlərini yazdırıb. Nişanlansalar da, Kits sevgisinin qarşılığını heç vaxt ala bilməyib. Şeirlərində Fenninin varlığının onda xoşbəxtlik və qorxu kimi qarışıq hisslər oyatdığını yazıb. 1820-ci ildə Fenni ondan ayrılıb, dostlarının yazdığına görə Kits ayrılıqdan sonra “gəzən ölü” kimi yaşayırmış. Bir il keçmir ki, Kits dünyasını dəyişir.

Tomas Hardi, Emma Gifford və Florens Daqdeyl

Tomas Hardini oxucular yazıçı kimi tanısa da, o, şeir də yazıb. Ona ilham verən nə arvadı Emma Qifford, nə də məşuqəsi Florens Daqdeyl olub. Hardinin şeirlərini peşmanlıq və günah hissləri “yaradıb”. Qadınların ikisi də Hardiyə sevgi şeirləri yazdırmaq üçün dəridən-qabıqdan çıxsalar da, heç nə alınmayıb.

F.Skott Fitzcerald və Zelda Fitzcerald

Heminquey Zelda Fitsceralda nifrət edər və “o, ilham qaçıran pəridir” deyərmiş. O, həmçinin yazır ki, Zelda əri Skottun yaradıcılıqla məşğul olmağını istəmirmiş, ona spirtli içki içirib yazmağına mane olurmuş. Ancaq o, nə deyir-desin, əslində Zelda ərinin ən böyük ilham pərisi idi. Frensis “Gecə zərifdir” romanını ona həsr etməklə yanaşı, romana arvadının gündəliyindən də hissələr daxil edib. Yəqin Heminquey Zeldaya yaxın dostunu ondan uzaqlaşdırdığı üçün bu qədər nifrət edirmiş…

Bob Dilan və Sara Loundes

Dilan “Sara, Sara, gözləri duman, duaları qafiyə” sözləri ilə kifayətlənməyib, “Blood on the Tracks” albomunu da sevdiyi qadının itkisinə həsr edib. Saranın verdiyi ilham Dilanın şair və musiqiçi kimi uğur qazanmasında həmişə mühüm rol oynayıb.

Nil Kessedi və Cek Keruak

“Beat nəsli”nin əsas yazıçılarından olan Cek Keruakın “Yolda” kitabındakı Din Moriati obrazı əslində şair Nil Kessedi olub. Kessedi Keruakın ilham qaynağı idi. Keruakın yazdığına görə, onu XX əsrin ən yaxşı səyahət kitabını yazmağa məcbur edən məhz bu dəli, məsuliyyətsiz adam olub. 42 yaşında ölən Kessedi, şair Allen Ginsberqin də şeirlərinin qəhrəmanı olub.

Rəna Nevzat

# 2929 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər