“YAZI” dərgisinin yeni sayı çapdan çıxdı

“YAZI”  dərgisinin yeni sayı çapdan çıxdı
14 aprel 2014
# 16:41

“Yazı” ədəbiyyat dərgisinin 9-cu sayı işıq üzü görüb. Baş redaktorun qeydləri ilə açılan dərginin əvvəlində bu il Azərbaycan üçün ən böyük hadisə olan M. Ə. Rəsulzadənin 130 illiyi münasibətilə yazılar yer alıb.

“Sözümüzün yiyələri” bölümü mərhum şair Tofiq Abdinə həsr olunub.

“Bir şeir” başlığında oxucular Səlim Babullaoğlu və Azad Yaşarın, “Bir kitab şeir”də isə Bəxtiyar Hidayətin, poeziya başlığında isə Esmira Məhiqızı, Şahanə Könül, Aliyyə Əsəd, Qalib Şəfahət, Tapdıq Süleyman, Aysel Arslan, Zaur Sahil, Emil Rasimoğlu və Elman Tovuzun şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündə Alpay Azər, Mübariz Örən, Əli Novruzov, Samir İlqaroğlu, Həmid Piri, Ramilə Qardaşxanqızı və Günel Eyvazlının hekayələri, İnqilab Orxanın “Generalın ağ göyərçinləri” uzun hekayəsi və Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının əvvəli verilmişdir.

Çevirmə başlığında Elis Munro, Peer Lagerkvist, Hilmi Yavuz, E. A. Ponun şeir və hekayələri, Q. Q. Markes, İ. Brodski, Mo Yan və H. Murakaminin müsahibə və düşüncələri, Niyazi Misrinin mistik dünyasından nümunələr dərc olunub.

Dərginin esseistika və tənqid bölümündə Rahid Ulusel, Vaqif Yusifli, Kənan Hacının elmi-tənqidi yazıları verilib.

Habelə dramaturgiya rubrikasında Rüstəm İbrahimbəyovun “Ultimatum” pyesi Araz Gündüzün tərcüməsində təqdim olunub.

Dərgidə müasirlikdən yorulanlarçün “Nəfəslik” adlı rubrika da var. Burada Marina Svetayeva, Ə. Vahid və Musa Yaqubun şeirlərini oxumaq olar.

“Palitra” bölümü gənc rəssam Çingiz Mehbalıyevin rəsmlərinə həsr olunub.

Dərginin yeni sayında digər yazılarla da tanış olmaq olar.

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”, “Qasid” və “Kaspi” yayım firmalarının köşklərindən, habelə “Zero” kitab mağazasından əldə etmək mümkündür.

# 2824 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

10:00 23 may 2026
"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

17:00 22 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

13:44 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." -  Balzakın "Qobsek" novellasından bir hissə

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." - Balzakın "Qobsek" novellasından bir hissə

10:00 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər