Cəlil Cavanşirin filmi yarımçıq qaldı VİDEO

Cəlil Cavanşirin filmi yarımçıq qaldı VİDEO
7 avqust 2013
# 14:30

Cəlil Cavanşirin və rejissor Orxan Əlinin ssenarisi əsasında çəkilən “Baş rolda mən” adlı filmin çəkilişləri yarımçıq qalıb. Bu barədə Kulis.Az-a Cəlil Cavanşir məlumat verib: Çəkilişlərə çox iddialı və həvəsli başladıq. Demək olar ki, heç bir maliyyə dəstəyimiz yox idi. Orxan Əli öz şəxsi hesabına texnika kirayələdi. İlk gündən problemlər başladı. Ssenariyə uyğun olaraq filmdə öpüşmə və sevişmə səhnələri olmalı idi. İlk olaraq bu səhnələrdə çəkilməyə aktrisa tapa bilmədik.

Ssenaristin sözlərinə görə filmin baş qəhrəmanının ateist olması da prosesə ziyan vurub: “Filmin çəkilişi üçün rejissorun müraciət etdiyi rəsmi qurumlar ssenarini dəyişdirməyi təklif etdi. Mən isə ssenarinin dəyişdirilməsinə razı olmadığım üçün çəkilişlər dayandı. Çünki bu ssenarini dəyişdirmək, bayağılaşdırmaq istəmirəm. Filmdə rejissorun da, mənim də vermək istədiyimiz mesaj Azərbaycan tamaşaçısı üçün lazımlıdır. Mən rejissorun ssenarini dəyişdirmək istəyini normal qarşılayıram. Azərbaycan bazarına uyğun film çəkib tanınmaq, pul qazanmaq onun haqqıdır. Eyni zamanda film üçün böyük pul lazımdır. Pulu verəcək təşkilat və ya insan ateist düşüncənin əleyhinədir.

Cəlil Cavanşir hələ də çəkilişlərin davam edəcəyinə ümid etdiyini bildirib.

Film sənətdə uğursuzluğa düçar olmuş gənc aktyorun yaşadıqlarından bəhs edir.

Filmin quruluşçu rejissoru Orxan Əli, rejissoru Elçin İbrahimov, rejissor assistenti Səbuhi Tağzadə, operatoru Emin Şahverdizadədəir. Baş rollarda Nura Adıgözəlli, Aysel Sadıqova, Vasim Seyfullayev, Cəlil Cavanşir çəkilməsi nəzərdə tutulub.

# 3562 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər