"Fahişəliyə" görə mükafat almış on aktrisa

"Fahişəliyə" görə mükafat almış on aktrisa
10 dekabr 2014
# 09:30

Kulis.az müxtəlif filmlərdə fahişə rolunu mükəmməl canlandırdığına görə mükafatlara layiq görülmüş 10 aktrisanı təqdim edir.

1. Culiya Roberts – “Gözəlçə” filmi

“Gözəlçə” filmindəki fahişə rolu Culiya Robertsə “Qızıl qlobus” və “Oskar” mükafatları qazandırıb. Bu filmdə Culiya Roberts qızların çoxuna ümid verib. Onların arzularının bir gün reallaşacağı ümidini. Ortada əsl sevgi varsa, aradakı bütün maneələri qaldırmaq olar.

2. Elizabet Şu – “Las-Veqası tərk edərkən” filmi

“Las-Veqası tərk edərkən” filmində Elizabet Şu qızıl ürəyə sahib olan fahişə obrazını canlandırıb. Onun filmdəki tərəf müqabili Nikolas Keyc olub. Hər iki aktyor bu filmə görə “Oskar” alıblar.

3. Katrin Denöv – “Gündüz gözəli” filmi

Böyük fransız aktrisası, Fransa kinosunun əvəzedilməz ulduzu Katrin Denöv hətta fahişə rolu da oynayıb. Ümidsizlikdə və yoxsulluqdan fahişəliyə yönələn qadınların hekayəsindən fərqli olaraq bu filmdə tamamilə fərqli bir qadın obrazı görmək mümkündür. Onun hər şeyi var. Hətta sevdiyi əri də var, amma bəzən yad kişilərlə fantaziyalar yaşamaq istəyir. Obraza görə aktrisa BAFTA mükafatı alıb.

4. Codi Foster “Taksist”

“Taksist” filmində Codi Fosterin (onda hələ 14 yaşı var idi) canlandırdığı yeniyetmə-fahişə obrazını izləyənlər çətin onu unutsun. Onun sadəlövh təbəssümü, böyük şlyapası, şortiki... Bu filmə görə aktrisa “Oskar” alıb.

5. Ceyn Fonda - “Klute”

1971-ci ildə Ceyn Fonda sübut etdi ki, fahişə rolu ilə “Oskar” almaq üçün özünü tamamilə işə vermək lazımdır. Filmdə yaratdığı Bri Deniels cinayətin açılması üçün detektivə kömək edən fahişədir.

6. Şarliz Teron – “Bədheybət”

Bu rolla gözəl aktrisa özü özünü aşdı. Bu obrazda onu tanımaq mümkün deyil. Çünki psixoloji ağır bir obraz idi. Aktrisa fahişə, lezbiyan və qatili oynayırdı. Təəccüblü deyil ki, bu obraza görə o “Oskar” alıb.

7. Mira Sorvino – “Böyük Afrodita”

“Oskar” almış daha bir fahişə obrazı. Filmi dahi rejissor Vudi Allen çəkib. Film bir ailə haqqında çəkilmiş komediyadır. Oğulluğa götürülmüş dahi oğlan qəfildən öyrənir ki, onun əsl ailəsi bu deyilmiş. Sən demə oğlanın anası porno aktrisadır.

8. Kim Beysinqer – “Los-Ancelesin sirləri”

Bahalı fahişə rolunu oynayan Kim Beysinqer 90-cı illərin ən seksual filmlərindən birini yaradıb. Bu rola görə o da “Oskar” alıb.

9. Emili Brauninq – “Yatmış gözəl”

Avstraliya istehsalı olan bu filmdə Emili Brauninq demək olar ki, filmin 90 faizində çılpaq görünür. Onun yaratdığı obraz kişilərlə seks zamanı yuxuya gedən qızdır.

10. Melani Qriffit – “Cib xərcliyi”

Melani Qriffit bu filmdə başqa çarəsi olmadığına görə bədənini satmaq məcburiyyətində qalan qızıl ürəkli fahişəni canlandırır. O bir gün 3 uşaqla qarşılaşır. Uşaqlardan biri onu dul qalmış atası ilə tanış etmək istəyir. Dram birdən birə komediyaya çevrilir.

# 3204 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər