Anasının qız kimi böyütdüyü böyük yazıçı

Anasının qız kimi böyütdüyü böyük yazıçı
19 aprel 2014
# 07:30

Ernest Heminquey özündən əvvəlki və sonrakı yazıçılar arasında ən rəngarəng həyat yaşayanlardandır. Axı niyə də olmasın?! Məgər neçə yazıçı İspan Vətəndaş Müharibəsi və II Dünya Müharibəsində olub, oradan ən isti xəbərləri mətbuata ötürüb? Hələ I Dünya müharibəsində İtaliyada Qırmızı Xaç təşkilatının təcili tibbi yardım maşını sürüb, üstəlik ayağından yaralanıb. Bütün bunlar onun əsərlərində özünü büruzə verir; yazıçı ədəbiyyat dünyasının ən yaxşı iki mükafatı - Pulitzer və Nobel mükafatlarına layiq görülüb.

Paris, Ki-Uest, Kuba, Toronto, Çikaqo və digər yerlərdə bir müddət yaşayan Heminquey Afrikada yaşadığı vaxtlarda iki dəfə təyyarə qəzasından sağ çıxıb. Onun F. Skot Fitscerald və Ceyms Coysla içməyi, dörd dəfə evlənməyi heç kəsə sirr deyil. Amma yazıçı haqqında daha 10 fakt öyrənmək heç də pis olmazdı:

1. Heminqueylə J.D. Selincer II Dünya Müharibəsində görüşüblər. Selincer 12-ci Piyada Alayında vuruşurmuş.

2. Yazıçının Paris həyatı ilə bağlı "Həmişə səninlə olan bayram" adlı хatirələr kitabı 20-ci illərdə yazılsa da, 1964-cü ilədək çap olunmayıb.

3. II Dünya müharibəsində reportyor işləyəndə cəsurluğuna görə Bürünc Ulduz mükafatı ilə təltif olunub.

4. Yazıçının bacısı, qardaşı, atası intihar edib.

5. Yazıçının bioqrafiyasını qələmə alan Kennet Linin yazdığına görə, Heminquey gün ərzində iki və ya üç şüşə likor, yemək vaxtı isə şərab içərmiş. Səhər yeməyinə absent, viski, şərab, cin (ingilis vodkası), vodka, tekila və ya şampan içərmiş. Axşam da bu içkilərdən mütləq dadarmış. Səhəri gün yenə eyni gümrahlıqla içməyə davam edərmiş.

6. Yazıçının əla ovçuluq qabiliyyəti varmış. Bir dəfə gün ərzində 400 dovşan ovlayıb. Hələ bu nədir ki?! Gün ərzində 2 minə yaxın balıq ovlayan yazıçı: “Balıqçılıq mənim üçün əyləncədir”, deyib. Ovçuluğun ona öyrətdiyi yaxşı bir dərs var idi: “Əgər heyvan öldürmək istəyin yoxdursa, onu yemək haqqın da yoxdur”.

7. Anası 4 yaşına qədər Heminqueyi qız kimi geyindirir, uzun saçlarını hörür, onu evcik, kukla oyuncaqlarla oynamağa məcbur edərmiş. Yəqin ona görədir ki, yazıçı həyatı boyu hamıdan daha “kişi”, “maskulin” olmağa can atıb.

8. Heminqeuy üç müharibədə iştirak etsə də, heç vaxt əsgər olmayıb. Buna onun göz zəifliyi mane olub.

9. Yazıçın nəvəsi 24 yaşlı Dri Heminquey hazırda model kimi fəaliyyət göstərir. Ancaq Dri müsahibəsində babasının əsərlərini çox cansıxıcı hesab etdiyini və üstünlüyü “Harry Potter” kitablarını verdiyini deyib.

10. Yazıçının atası ilə anası evləndikdən sonra babası (anasının atası) Ernest Hollun evində yaşayıblar. Heminquey ailənin ilk nəvəsi olduğuna görə ona babasının adını veriblər. Ancaq Ernest adı Oskar Uayldın “Ciddi olmaq necə də vacibdir” əsərindəki sadəlövh, hətta axmaq qəhrəmanın adından götürüldüyü üçün yazıçı adını heç sevməzmiş.

# 3082 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər