Hansı ölkədə saç düzümünə qadağa qoyulub?

Hansı ölkədə saç düzümünə qadağa qoyulub?
3 aprel 2014
# 07:45

Kulis.az dünya ölkələrində tətbiq olunmuş qəribə qadağaları təqdim edir.

1. Çində gəncliyin vaxtını boş yerə xərcləməsini istəməyən Çin hökuməti 2000-ci ildə “PlayStation” kimi oyun cihazlarının satışına qadağa qoymuşdu.

2. Rusiya intiharların qarşısını almaq üçün emo dəbinə qadağa qoyub.

3. İran bir müddət Avropada və ABŞ-da rast gəlinən Qərb stilli saç düzümünə qadağa qoymuşdu.

4. Səudiyyə Ərəbistanında Sevgililər Gününü xatırladan qırmızı və çəhrayı rəngli məhsulların satışı qadağan olunmuşdu.

5. Yunanıstanda elektron qumar oyunları qadağan olunmuşdu. Amma Avropa Birliyi məsələyə qarışır, çünki bu qadağalar ümumiyyətlə bütün oyunların qadağan olunmağına gətirib çıxarmışdı.

6. Çində ağlasığmaz bir qadağa: tibetli buddistləri nəzarət altında saxlamaq üçün rəngarəng dizaynlara, bəzəklərə nəzarət olunur. İcazə olmadan rəngarənglik olmaz!

7. Ölkə mədəniyyətinə zidd olduğuna və pis təsirlərinə görə Rumıniyada Skrebbl oyunu qadağan edilib.

8. Filippin adalarının paytaxtı Manila haqqında “iyrənc, qorxulu və tarakan qoxusu verən” sözlərini işlətdiyinə görə Claire Danesin filmlərinin şəhərdə göstərilməsinə qadağa qoyulub.

9. Danimarkada insanlar öz övladlarına onlara təqdim olunan 24 min addan birini qoymalıdır. Başqa ad qoymaq istədikdə icazə almalısınız.

10. “Avatar”ın kinoteatrlarda göstərilməsinə əvvəldən qarşı çıxan Çin hökuməti bu filmi qadağan etmək üçün qeyri-adi bir üsula əl atıb. Bu filmin 3D-də baxılmağını qadağan etdilər. Çində isə 3D kinoteatr olmadığından film göstərilmədi…

11. 2001-ci ildə Malayziya hökuməti daha çox aktivistlərin geyindiyi sarı rəngli paltarları qadağan etmişdi.

12. Tunisdəki “Yasəmən inqilabı”ndan sonra Çin ölkə təhlükəsizliyi adı altında yasəməni qadağan etmişdi.

# 4669 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər