Müğənni Elnarə: “Ayda bir dəfə oxuyuram”

Müğənni Elnarə: “Ayda bir dəfə oxuyuram”
28 mart 2014
# 09:00

Kulis.az məşhur müğənni Elnarə Xəlilova ilə qısa müsahibəni təqdim edir.

- Orta məktəbi necə oxumusuz?

- Əla qiymətlərlə.

- "Uşaq və Buz" şeiri yadınızdadırmı? Mümkünsə deyərdiz...

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.
Durdu uşaq neylədi?
Buza belə söylədi:
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”

Bunu mənim üç yaşındakı oğlum da bilir. Bunu niyə məndən soruşdunuz ki?

- Çünki əksər ifaçılarımız bu şeiri tamlıqla bilmir.

Məktəb illərində oxuduğunuz hansı əsərləri xatırlayırsız?

- Mirzə Fətəli Axundov-"Aldanmış Kəvakib". Əbdürrəhim bəy Haqverdiyev-"Ölülər". Cəlil Məmmədquluzadə-"Buz".

- İlk oxuduğunuz kitab? Mümkünsə ətraflı xatırlayın. Necə və hansı şəraitdə oxudunuz.

- Aqata Kristinin detektivlərini oxumuşam. "Faraon" əsərini də oxumuşam, amma müəllifi kimdir, bilmirəm.

Lənkəranda oxumuşdum, bibimgilin kitabxanasında...

- Həyatınıza təsir edən kitab olubmu?

- Xeyr, olmayıb. Yəni hərəsinin ayrı-ayrı təsirləri var idi.

- Müqəddəs kitablardan hansıları oxumusuz?

- “Quran”ı oxumuşam. "Fatimeyi-Zəhra" , "Xədicə"ni oxumuşam.

- Axırıncı dəfə nə vaxt kitab oxumusuz?

- Hardasa iki ay əvvəl oxumuşam.

- Kitab seçiminizə nə təsir edir?

- Ruh halım.

- Kitab alırsız? Yoxsa hədiyyə edirlər? Ümumiyyətlə sonuncu dəfə hansı kitabı almısız?

- Həm alırıq , həm də hədiyyə edirlər. Dini kitabları alırıq. Amma şeir və romanları çox vaxt hədiyyə edirlər.

- Kitabı həftədə bir dəfə oxuyursuz, yoxsa ayda bir dəfə?

- Ayda bir dəfə.

- Kitabxananız varmı? Yoxdursa, ümumiyyətlə evinizdə kitab varmı?

- Bəli kitabxanam var. Kitablar isə əsasən dini və tarixi kitablardır.

- Təkrar oxuduğunuz kitablar olubmu?

- Bəli, “Quran” kitabını təkrar oxumuşam.

- Hansı mövzular sizə daha maraqlı gəlir və nə üçün?

- Detektiv və mistikanı xoşlayıram. Çünki olayların üstü sonda açılır. Ona görə də maraqlı gəlir mənə.

- Yandırmaq istədiyiniz kitab olubmu?

- Xeyr. Heç vaxt.

- Hansı kitabları hamıya məsləhət görərdiz?

- “Quran”ı məsləhət görərdim. O kitabı hər kəs mütləq oxumalıdır.

- Kitab oğurlamısınızmı?

- Xeyr oğurlamamışam (gülür).

- Maraqlı hesab etdiyiniz yazıçı və şairlər-klassiklər və müasirlər...

- Mirzə Fətəli Axundov, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Cəmənzəminli, Cəfər Cabbarlı, Səməd Vurğun, Çingiz Aytmatov, Rəsul Rza, Xəlil Rza, Anar, Nüsrət Kəsəmənli.

Dünyadan isə Şekspir, Heminquey, Dikkenz və başqaları.

- Sevdiyiniz şeir hansıdır? Əzbər bilirsiz?

- Sevdiyim şeir çoxdur. Səməd Vurğunun "Azərbaycan ", " Ceyran", Sabirin "Millət necə tarac olur-olsun nə işim var", "Əkinçi", Mikayıl Müşfiq " Yenə o bağ olaydı ","Küləklər" və sairə... Yeri gəlmişkən sevdiyim şairlərin sırasına Sabir, Hüseyn Cavid və Bəxtiyar Vahabzadəni də əlavə edin.

- Oxuduğunuz mahnılarda sözlərə fikir verisinizmi?

- Mütləq. Mənim mahnımın hər bir mətni mesaj xarektirlidi.

- Sizcə Axundov kimdir?

- Dramaturq.

- Cavablara görə təşəkkürlər.

- Məndə sizə təşəkkür edirəm. Belə maraqlı layihə üçün.

# 5574 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
#
#
# # #