Antonionini görəndə dedim, görəsən hansı rayondan gəlib?

Antonionini görəndə dedim, görəsən hansı rayondan gəlib?
19 sentyabr 2013
# 15:25

1976-cı ildə məşhur italyan rejissoru Mikalancelo Antonioni film çəkmək məqsədi ilə Bakıya gəlir. Bakıda bir sıra yerləri ziyarət edən rejissor “İnturist” mehmanxanasının restoranlarından birində nahar edir. Restoranda musiqiçilər arasında olan Cavan Zeynallı o zamanlar 22 yaşındaymış.

Kulis.Aza xatirələrini bölüşən müğənni deyir ki, qonaqlar arasında məşhur italyan rejissorunun olmasından xəbəri yox imiş: “O vaxt biz bakılılar Mikalancelo Antonioninin filmlərinə həvəslə baxırdıq. Mənim repertuarımda çoxlu xarici mahnı var idi. O cümlədən o vaxtlar olduqca populyar olan İtaliya müğənnisi Canni Morandinin repertuarından bir neçə mahnı var idi.

Musiqiçi uşaqlar mənə dedilər ki, Morandinin “Vagabondo” mahnısı oxuyum. Mən mahnını oxuyandan sonra gördüm ki, o oturan iki nəfərdən biri mənə yaxınlaşır. Mən də elə bildim ki, yəqin hansısa rayondan gəlmiş bir adamdı. O mənə yaxınlaşıb italyanca nəsə dedi. Mən salam verdim. Elə bildim yalandan nəsə deyir. Amma heç nə başa düşmədim, mən italyanca oxuya bilsəm də danışa bilmirdim. Ona izah etməyə çalışdım ki, italyanca bilmirəm. Sonra onun yoldaşı da mən yaxınlaşdı. Tərcüməçisi idi. O mənim qulağıma dedi ki, sən bilirsən səninlə danışan kimdi, Mikalancole Antonionidi? Dedim, ala, ola bilməz, ala!

O tərcümə elədi ki, Mikalancelo mənim italyanca oxumağıma heyrətlənib. Mən ona dedim ki, mən Bakıda doğulmuşam, azərbaycanlıyam. Sonra bir neçə başqa italyan mahnısı da oxudum. Axırda Antonioni mənə dedi ki, bizdə belə müğənni olsaydı milyonçu olardı. Bax məşhur rejissorun həmin sözü mənim qulağımda sırğa oldu. Onu heç vaxt unutmadım, unutmayacam.”

# 3584 dəfə oxunub

Oxşar xəbərlər

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

Ən güclü spermatazoid olaraq doğulmağı bacarmışam... - Hikmət Orhunun yeni şeirləri

14:30 25 dekabr 2025
Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

Mədəniyyət Nazirliyi niyə bu müəlliflərin kitablarını alıb?- Satınalma prosesindəki meyarlar

12:55 25 dekabr 2025
"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

12:00 24 dekabr 2025
Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı  - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

Buninin yazışdığı, Yüngerin heyran qaldığı azərbaycanlı qadın yazıçı - O, Ramiz Abutalıbova nə vəsiyyət etmişdi?

10:00 18 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər