Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq

Yusif  Vəliyevin 100 illiyi qeyd olunacaq
5 may 2017
# 12:22

İyunun 2-də Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən xəbərə görə, tədbirdə vaxtilə sənətkarla bir çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, aparıcı Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlidir.

Teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.

Tədbir teatrın kollektivinin Y.Vəliyevin məzarını ziyarət etməsi ilə başlayacaq.

Məlumat üçün bildirək ki, Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb.

Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. O, Teatrın rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu çox böyük müvəffəqiyyətlə ifa edib.

Sənətkar 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1979-cu ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

"Troya mənə görə dağılıb..." - Sevinc Mürvətqızının essesi

"Troya mənə görə dağılıb..." - Sevinc Mürvətqızının essesi

15:00 31 dekabr 2025
Kasıb teatrın dərdlərini "tanıyıram"  - Lotuluq eləyən  lopabığ tüfeylilər

Kasıb teatrın dərdlərini "tanıyıram" - Lotuluq eləyən lopabığ tüfeylilər

15:00 30 dekabr 2025
Nobel mükafatını ən gənc yaşda almış yazıçı - Onu niyə "Britaniya imperializminin peyğəmbəri" adlandırırdılar?

Nobel mükafatını ən gənc yaşda almış yazıçı - Onu niyə "Britaniya imperializminin peyğəmbəri" adlandırırdılar?

10:00 30 dekabr 2025
"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

18:24 29 dekabr 2025
“Gül kimi aktyor idin, niyə rahat dayanmadın?” - Hikmət Rəhimov bizdən nə istəyir?

“Gül kimi aktyor idin, niyə rahat dayanmadın?” - Hikmət Rəhimov bizdən nə istəyir?

14:31 29 dekabr 2025
Napoleonun portretlərini çəkən  məşhur neoklassik rəssam kim idi?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam kim idi?

13:30 29 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər