Yeşilcam ulduzunun film dolu HƏYAT HEKAYƏSİ

Yeşilcam ulduzunun film dolu    HƏYAT HEKAYƏSİ
20 aprel 2017
# 09:00

Son illərin ən böyük bəlası olan xərçəng xəstəliyi sənət cameəsindən də yan keçmir. Aprelin 19-da Türkiyənin məşhur aktyorlarından biri də xərçəngdən dünyasını dəyişdi. O, yüzdən çox filmdə rol almış Bülənt Kayabaşdır. Kulis.az Bülənt Kayabaşın həyat hekayəsini təqdim edir.

Həyatı

Yeşilçamın məşhur aktyorlarından biri Osman Bülənt Kayabaş 18 iyun 1945-ci ildə Eskişəhirdə dünyaya gəlib. Bülent aktyorluğa çox gənc yaşında, 16 yaşında başlayıb. 1861-ci ildə Eskişer Bələdiyyə Teatrında işə başlayan aktyor bir çox tamaşa üçün səhnəyə çıxıb. Professional aktyorluğa isə 1970-ci ildə Semih Evin ssenarisini yazıb, rejissorluğunu etdiyi “Qara ləkə” filmi ilə başlayıb. Qısa müddətdə bir çox filmə çəkilən aktyor 70-ci illərə damğasını vurmağı bacarıb.

Bülənt 1973-cü il istehsalı olan “Karateçi qız” filmində Fərrux Durak obrazını canlandırıb. Filmdə özünün də içində olduğu ölüm səhnəsi parodiya edilib və “Conan” kimi xarici talk-şou proqramlarında göstərilib. Sənətin demək olar bütün sahələrində özünü sınayan Bülənt Kayabaş “Winnie The Pooh” adlı cizgi filmindəki Tiger (Pələng) obrazını 14 il ərzində səsləndirib. Aktyor 1981-ci ildə "Avni Dilligil" tərəfindən “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

O, “Könül oyunu” (1972), “Utanc” (1972), “Ümid dünyası” (1973), “Qismət” (1974), “Yaşar nə yaşar, nə yaşamaz” (1974), “Kişilər ağlamaz” (1974), “Sən və mən” (1977), “Yeşilçam küçəsi” (1977), “Nə olacaq indi?” (1978), “Sevimli aşiq” (1979), “Sev məni” (1979), “Şabancıq” (1981), “Yapışıq qardaşlar” (1981), “Nikah masası” (1982), “Sevginin bədəli” (1984), “Zamansızlar” (1987), “Çiçək Taksi” (1995), “Hababan sinfi: Salam” (2003), “Qəsəbə” (2009) və başqa filmlərdə rol alıb. Yeşilçam filmlərinin məşhur olduğu 70-ci illərdə aktyor il ərzində təxminən 3-4 filmə çəkilirdi.

Bülənt Kayabaş 2000-ci ildə prodüserliyini və rejissorluğunu Dərviş Zaimin etdiyi “Fillər və Çəmən" filmində Əli Sürməli, Sanem Çelik, Haluk Bilginer və Uğur Polatla birgə rol alıb. Aktyor 2010-cu ildə Haldun Dormenin Cevat Fəhmi Başkutun “Buzlar həll edilmədən” adlı romanı əsasında muzikal tərzdə səhnələşdirdiyi “Bir qış nağılı” tamaşasında oynayıb. Buradakı çıxışına görə aktyor həmin il “İsmail Dümbüllü” mükafatına layiq görülüb. O, 2013-cü ildə “Fırıldaq ailə” filmində Sabri rolunu səsləndirib.

Bülənt Kayabaş sonuncu dəfə ötən il “Bir baba hindu” filmində rol alıb. Rejissoru və ssenari müəllifi Sermiyan Midyatın olduğu komediya filmində Bülənt Kayabaş Sermiyan Midyat, Nikol Fariya, Burak Satıbol, Zeynəb Kankonde, Ayxan Daş, Begüm Önər, Hakan Akın, Füsun Demirəl, Şafak Sezer, Muhittin Korkmazla birgə rol alıb.

Şəxsi həyatı

Bülent Kayabaş ilk evliliyini 1981-ci ildə özü kimi məşhur olan aktrisa Nur Sürər ilə edib. Ancaq məşhur ailənin evliliyi uzun müddət davam etməyib və cütlük boşanıb. Aktyor ikinci dəfə 25 illik sevgilisi ilə evlənib. Bülənt Kayabaş Səlma Kəpəkli ilə 2007-ci ildə ailə həyatı qurub. Bu evlilikdən cütlüyün bir oğlu var.

Ölümü

Bülənt Kayabaş bir müddət idi yoğun bağırsaq xərçəngindən əziyyət çəkirdi.Aprelin 19-u səhər saatlarında isə aktyor müalicə olunduğu xəstəxanada vəfat edib. Aktyorun həyat yoldaşı Səlma xanım göz yaşları içində aktyorun ölümü ilə bağlı danışıb: “Səhər 06:00-da onu itirdik. Bizi artıq tanımırdı. Yarı şüuru yox idi. Sonuncu dəfə dünən bir az danışa bildik. Onunla 24 ildir bərabər idik”.

Aktyorun ölüm xəbərini alan ilk həyat yoldaşı Nur Sürər də təcili xəstəxanaya gəlib. Aktrisa “Əslində bazar gününə qədər yaxşı idi. Acı çəkmədi ən azından. Çox üzgünəm” – deyib. Nur Sürər Bülənt Kayabaşın ikinci evliliyindən olan oğlu Ümid Kayabaşı qucaqlayaraq təsəlli verib. Aktyorun ölümü ilə bağlı ailə adından açıqlamanı da elə oğlu verib: “Son günlərində çox güldü, insanları da çox güldürdü. Ölüm xəbəri gözlənilməz olmadı, xəstəxanadan bizə nə qədər yaşacağını demişdilər”. Aktyorun ölümü ilə bağlı bir çox məşhur da kədərli sözlər paylaşıblar.

Bülənt Kayabaş cümə günü dəfn ediləcək.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #