Elməddin Cəfərov: “O səsə nifrət edirəm”

Elməddin Cəfərov: “O səsə nifrət edirəm”
29 noyabr 2014
# 17:00

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.


Kulis. az Prustun suallarını məşhur yumorist Elməddin Cəfərova ünvanlayıb.

1. Ən sevdiyiniz söz?

- Əlhəmdulillah.

2. Nifrət etdiyiniz söz hansıdır?

- Mən, yəni nidalı mən.

3. Sizi nə həyəcanlandıra bilər?

- Tez-tez həyəcanlanıram, xoş xəbər eşidəndə, bir iş görəndə. Mənə “şuqaniya” deyirlər.


4. Həyəcanınızı nə öldürə bilər ?

- Yaxşı məsləhət.

5. Hansı səsi çox sevirsiniz?

- Həzin səsi.

6. Hansı səsə nifrət edirsiniz?

- Hay-küy və stomatoloqların işlətdiyi aparatın səsinə...

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Araşdırmaçı yazar.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- İnsanları gözlə idarə etmək.


9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?


- Pullu, yaxşı bir oğlan.


10. Harada yaşamaq istəyərdiniz?

- Bakıda.

11. Ən başlıca çatışmazlığınız nədir?

- Səbirsizəm, yanlış qərarlar verirəm.


12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Bu əslində hamıda var. Hamı öz səhvini bağışlamağı bacarır. Pis odur ki, başqalarını bağışlamağı bacarmırıq.

13. Qəhrəmanınız kimdir?


- Qəhrəmanım yox, idealım var – Həzrət Əli.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Özəl bir söyüş yoxdur ki, mən ondan istifadə edim.

15. Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?

- Normal.


16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Allahın qarşısında əyilməyim ən hündür halımdır.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Yuxuda uçmaq.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- Biri var fəlakət bədbəxtliyi, biri də var ruhən bədbəxt. Ruhən bədbəxt xoşbəxtliyi görə bilmir.


19. Necə ölmək istəyərdiniz?

- Ən böyük arzum səcdədə ölməkdir.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Sorğu-sualsız buyur cənnətə.

# 4612 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #