Türkiyədə Varisin 3-cü kitabı çap olundu

Türkiyədə Varisin 3-cü kitabı çap olundu
1 aprel 2014
# 11:51

Bu günlərdə İstanbulda nüfuzlu “İQ Kültür sanat yayıncılık” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Son məktub” romanı İmdat Əfşarın tərcüməsində işıq üzü gördü. Bu, yazıçının qısa müddət ərzində Türkiyədə nəşriyyat hüququ ilə çap olunan artıq 3-cü kitabıdır (Ötən ilin sonlarında “Sənə inanıram” və “Yetmiş yeddinci gün” türk oxucularına təqdim edilmişdi).

“Son məktub” Türkiyədə böyük maraqla gözlənilirdi. İlk iki kitabın uğur qazanması (“Yetmiş yeddinci gün” Yozqat Bozok Dövlət Universitetində dərs vəsaiti kimi təsdiq edilib), üstəlik “Son məktub”da hadisələrin İstanbulda cərəyan etməsi türkiyəli oxucular arasında əsl ajiotaj yarada bilib. Hətta yeni romanın çıxacağı ilə bağlı Türkiyənin əsas xəbər portallarından olan “Türkiye Habar Ajansı”nda dərc olunan informasiya 100 mindən artıq oxunma sayı ilə ən çox oxunan xəbərlər arasında yer almışdı.

“Son məktub” müxtəlif xalqların nümayəndələrinin saf sevgi hisslərindən və bu saflığa qənim kəsilmiş şər qüvvələrdən bəhs edir. İngilis gənclərinin qovuşmasına 1940-cı ildə Koventrinin almanlar tərəfindən bombalanması, pakistanlı gənclərin qovuşmasına 1958-ci ildə general Əyyub Xanın həyata keçirdiyi hərbi çevriliş, azərbaycanlı və türk gənclərinin qovuşmasına isə müvafiq olaraq 1992-ci ildə baş vermiş Xocalı qətliamı və 1998-ci ildə Şırnak bölgəsindəki PKK terroru mane olur.

Romanda İstanbul şəhərinə Sultan Süleyman dövründən bu günədək bələdçilik edilir, eləcə də ölkədə dini tolerantlığın hökm sürməsi, Şimal Kiprin ixtilaf mənbəyinə çevrilməsi səbəbləri yer alır, Türkiyə balet sənətinin tarixinə toxunulur.

“Son məktub” dünyanın ən böyük universitet kitabxanası sayılan Birmingem Universiteti kitabxanasının əsas fonduna daxil edilib.

Hazırda “Son məktub” Türkiyənin 850 satış nöqtəsində satışa çıxarılıb.

# 2912 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər