“Qadını bütün qəlbinlə sevməyə dəyməz”

“Qadını bütün qəlbinlə sevməyə dəyməz”
28 oktyabr 2013
# 08:45

Kulis.az rəssam Salvador Dalidən sitatları təqdim edir.

Əziyyət çəkəndə əylənirəm. Bu mənim köhnə adətimdir.

Qadını bütün qəlbinlə sevməyə dəyməz. Amma sevməmək alınmır.

Mənim əsərlərim həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də hiss axtarın.

Mən axtarmıram, mən tapıram.

Mən narkotik qəbul etmirəm. Mən özüm narkotikəm.

Mən bilirdim ki, böyük imtahan saatı yaxınlaşır, böyük sevgi imtahanı saatı...

Mənimlə ağıldankəm arasında bir fərq var: ağıldankəm düşünür ki, ağlı başındadır, amma mən bilirəm ki, ağlım başımda deyil.

Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm.

Mən elə ancaq öz rəsmlərimi korlamaqla məşğulam. Və sonra deyirəm ki, istədiyimi etdim.

Nə yediyimi bilirəm, amma nə etdiyimi bilmirəm.

Ölüm mənim köhnə dostumdur. İstisna deyildir ki o gələndə ona deyəcəm ki: "Oturun, dincəlin! Bəlkə şampan içək?” Axı mən ürəyimin dərinliyində qorxağam.

Taleyə iki şeyə görə minnətdaram: Birinci, ona görə ki ispanam, ikinci, ona görə ki, Salvador Daliyəm.

Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Yox, mən başqalarına qətiyyən oxşamıram.

Tanrıya inanıram, amma inanclı deyiləm. Riyaziyyat və elm mənə Tanrının olduğunu deyir, amma inanmıram.

Ya asandır, ya da qeyri-mümkün.

Həmişə anarixst və eyni zamanda monarxistəm. Hər zaman burjuaziyaya qarşı idim və hələ də eləyəm. Real mədəni inqilab monarxist prinsiplərin bərpası ilə mümkündür.

Səhvlər hər zaman müqəddəsdir. Onları heç vaxt düzəltməyə çalışmayın. Əksinə, onları rasionalizə edin, başa düşməyə çalışın. Yalnız bundan sonra onları ucaltmağınız mümkün olacaq.

Dahi olmasan belə, özünü elə göstər...

# 4578 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

14:20 13 mart 2026
"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." -  Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." - Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

10:00 13 mart 2026
Qərib saymadılar Təbrizdə məni... - Cabir Novruzun şeirləri

Qərib saymadılar Təbrizdə məni... - Cabir Novruzun şeirləri

16:00 12 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik  "42" rəqəminin sirri nə idi?

Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik "42" rəqəminin sirri nə idi?

15:00 11 mart 2026
“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

12:00 11 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər