Ölümə səbəb olan büstqalter, dezodrant

Ölümə səbəb olan büstqalter, dezodrant
10 oktyabr 2013
# 07:45

Kulis.az 7 sirli ölüm haqqında yazını təqdim edir.

İnsan çox baş sındırsalar da, bəzi hadisələrin səbəbini izah etməkdə aciz qalırlar. Xüsusən də müəmmalı və qəribə ölümlərin.

Ural dağlarındakı sirli ölüm


2 fevral 1959-cu ildə Rusiyanın Ural dağlarında baş verən hadisə hələ də hər kəsə sirr qalır. Yanvarın 28-i Politexnik Universitetinin 10 tələbəsi araşdırma üçün Ural dağlarına yollanır. Çox keçmir ki, tələbələrdən biri xəstələnir və qrupu tərk edib evinə qayıtmalı olur, digərləri isə yollarına davam edirlər. Fevralın ikisi həmin doqquz tələbənin çadır qurduqları yerin ətrafında meyitləri tapılır.

İşin qəribəsi odur ki, tərk etdikləri çadırlar içəridən cırılmış halda olur. İlk iki cəsəd meşədə çılpaq vəziyyətdə tapılır, digər üç meyit də bənzər formada aşkarlanır. Hadisədən iki ay sonra son qurbanlar 75 metr uzaqlıqda qarın altından tapılır. Meyitlərin dördünün qabırğalarında qırılma, kəllə sümüklərində və iç orqanlarında güclü travmalar aşkarlanır. Bu azmış kimi bəziləri gözləri çıxarılmış, yanaqları və dilləri qopmuş halda olur. Son dörd qurbanın əynində başqalarına aid olan və güclü radiasiyalı paltarlar varmış. Ətrafı araşdıran müfəttişlər hücuma bənzər hər hansı iz tapmayıblar. Bunun yadplanetlilər, yırtıcılar, yaxud hərbi sınaq vasitələri nəticəsində baş verdiyi irəli sürülən versiyalar arasındadır.

Zibil evdə öldülər


Lanqli və Homer Kollier 20 yaşları olanda Nyu-Yorka köçürlər. Varlı ailənin övladları olan Kollierlər evlərinə küçədəki zibilləri yığmağa başlayırlar. Əllərinə keçəni – qırıq oyuncaqları, işləməyən saatları, boş qutuları yığıb evə gətirən qardaşlar təxminən 180 ton zibil toplayırlar. 1930-cu illərdə kor olan Homer 10 il sonra revmatizmaya görə yataq xəstəsi olur. Evlərinə yad adamları uzaq tutmaq üçün tələ quran qardaşlardan biri - Lanqlinin ayağı bir gün təsadüfən həmin tələyə ilişir. Lanqli zibil yığının altında qalıb ölür, Homer isə aclıqdan.

Hollivudda intihar


Hollivud şöhrət və pul arzusu olan neçə-neçə insanların xəyallarını puç edib. Hətta bəzilərinin “canını da alıb”. Peq Entuisl gənc aktyor idi, “Brodvey”də rol almağa da nail olmuşdu. Kaliforniyada olanda “On üç qadın” adlı qısa filmə dəvət alır, amma əsl şöhrəti bununla yaxalamır. 12 sentyabr 1932-ci ildə bir reklam çəkilişi üçün Hollivuda gələn aktyor intihar məktubunu da götürərək “Hollywood” yazısının yanına gəlir. H hərfinin üstündən aşağı tullanaraq intihar edən aktyorun meyiti 2 gün sonra tapılır.

Melas öldürdü


Bu qəribə hadisədə düz 21 nəfər ölüb. 1919-cu ildə 2,5 milyon qallon melas daşıyan böyük tank Nors End şəhəri yaxınlığında partlayıb. Melas – şəkər fabriklərində şəkər çuğunduru və şəkər qamışı istehsalında istifadə edilən siropdur. Bəhməz rəngli, yapışqan maddə alkoqol, maya və yem sənayesində əsas xammaldır. Partlayışın səbəbi hələ də bəlli deyil. Bəlli olan odur ki, bu partlayışla ətrafa saçılan melas üstünə düşdüyü insanların ölümünə səbəb olub. Yapışqan, qəhvəyi rəngli ağır maddənin altında 21 nəfər boğularaq ölüb. Şəhəri təmizləmək təxminən bir ay çəkib. Sakinlər isti yay günlərində şəhərdən hələ də melas iyinin gəldiyini deyirlər.

Büstqalterlə gələn ölüm


1999-cu ildə İngiltərədə Hayd Parkda idman edən iki gənc qız yağış fırtınasına yaxalanıblar. İslanmasınlar deyə nəhəng bir ağacın altına girən qızların ağlına da gəlməzdi ki, bu onların sonu olacaq. Qızların büstqalterlərindəki dəmirlər qəfildən çaxan şimşəyi ağaca çəkib və qadınlar yerlərindəcə həyatlarını itiriblər.

Dezodarantla gələn ölüm


1998-ci ildə istifadə elədiyi yüksək miqdardakı dezodorant 16 yaşlı gəncin ölümünə səbəb olub. BBC-nin yaydığı xəbərə görə, 1971-ci ildən 130 insan yüksək dozada dezodorant qazını içinə çəkərək intihara cəhd edib. Amma bu bədbəxt hadisə tamamilə təsadüfi idi. Şəxsi gigiyenasına olduqca böyük diqqət ayıran gənc gündə iki dəfə bütün bədəninə dezodorant vururmuş. Nəticədə olduğu yerdə təmiz hava çatışmazlığı yaranıb və gənc oğlan ürək tutmasından vəfat edib.

# 2962 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #