Murakamini romanı Yaponiyanı qarışdırdı

Murakamini romanı Yaponiyanı qarışdırdı
15 aprel 2013
# 11:39

Cümə günü Haruki Murakaminin yeni romanı “Şəffaf Tsukuru Tasaki və zəvvarlığının bir ili” Yaponiyada satışa çıxıb. Kulis.Azın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə bu zaman mağazaların qabağında uzun növbələr yaranıb.


Qəzetlər və televiziyalar indiyədək adından başqa hər şeyi gizli saxlanılan kitabı qiymətləndirmək üçün yarışa girib. Yaponiya Dövlət Televiziyası NHK-n əməkdaşı “təhrikedici” kitabı yarıya qədər oxuduğunu, Mikniko Namura adlı bir kitab mağazası satıcısı isə kitabın 370 səhifəsini bir nəfəsə oxuduğunu deyib.

“Asahei Shimbun” qəzetinə danışan Mamuro Namuro kitabın arxa fonunu 2011-ci ildə baş vermiş zəlzələ, sunami və nüvə əriməsinin təşkil etdiyini bildirib.

Murkaminin fəlakətlə doğrudan üzləşdiyi təəssüratı yarandığını söyləyən Namuro kitabın güclü mesajlar və insana ruh verən cümlələrlə dolu olduğunu deyib.

“Asahei Shimbun” qəzetində yayımlanan daha öncəki bir məqalədə qeyd edilirdi ki, roman itirmə qorxusunun və kənar müdaxilənin öhdəsindən gəlməyə çalışan bir insanın hekayəsidir. Romanın qəhrəmanı Tsukuru Tazaki liseydə adları dörd fərqli rəngi təmsil edən insanlarla dostlaşmaq istəyir. Onun adında isə rəng yoxdur və həmin insanlar onu qəbul etmək istəmirlər.

O, artıq 36 yaşındakı boş, rəngsiz həyatını göz önünə gətirməkdədir. Kitab “Tsukuru Tazaki, universitetin ikinci kursunda, iyuldan yanvar ayına qədər ölüm haqqında düşündü” cümləsi ilə başlayır.

Tənqidçi Çiaki Yoşimura bu romanda Murakaminin məşhur “1Q84” əsərindən fərqli olaraq güclü xarakterlərin olmadığını deyib, ancaq onu da vurğulayıb ki, müəllif keçmişdəki travmaların öhdəsindən gəlməyə çalışan Tazaki ilə əlaqə qura bilib.

“Reuters”in xəbərinə görə isə nəşriyyat əsəri ilk olaraq 500 min tirajla çap edib, ancaq bir neçə saat sonra daha 100 min nüsxənin çap edilməsinə ehtiyac yaranıb. Əsərin kitab bazarında zirvəni fəth edəcəyi gözlənilir.

Murakami kitab haqqında heç bir məlumat verməmək taktikasından əvvəl də istifadə edib, nəticədə 2009-cu ildə “1Q84” romanı 1 milyon nüsxə satılmışdı. Ancaq insanlar bu taktikadan narazı olduqlarını dilə gətirmişdilər.

Kitabın üz qabığında Murakami yeni ktabının necə ərsəyə gəlməsi haqqında belə yazıb: “İlham pərisi gəldi və masaya oturub bu kitabın ilk sətirlərini yazmağa başladım. Sonra təxminən 6 ay nə olacağını, nə qədər davam edəcəyini bilmədən yazmağa davam etdim”. Murakam yazır ki, yeni romanın ortaya çıxmasına özü də inanmırmış.

“Şəffaf Tsukuru Tasaki və zəvvarlığının bir ili” romanının ingilis dilinə nə vaxt çevriləcəyi barədə hələlik heç bir məlumat verilmir.

# 2376 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
# # #