“Dədə Qorqud” dastanının müzakirəsi olub

“Dədə Qorqud” dastanının müzakirəsi olub
12 oktyabr 2019
# 14:41

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Tədbir Azərbaycan Dillər Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan növbəti dəfə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir: “1988-ci ildə ilk dəfə Azərbaycan və Türkiyə alimləri bir araya gələrək “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumu təşkil ediblər. Həmin ildən başlayaraq hər 10 ildən bir kollokvium təşkil olunur. Bu il keçirilən kollokvium da türk dünyasında mühüm bir hadisəsidir. Kollokvium elmi, pedaqoji, mədəni, ictimai-siyasi hadisə olmaqla yanaşı, həmçinin türk dünyasını birləşdirən, daha cəsarətli və özünə inam hissi aşılayan bir hadisədir”.

Qeyd edib ki, bu ədəbi abidənin geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman imzalayıb. Ümummilli Liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olub.

Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib ki, konfrans yaxın günlərdə Bakıda təşkil ediləcək “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində gerçəkləşən tədbirlərin davamıdır.

Kollokviumun nəticələrinin uğurlu olacağına əminliyini ifadə edən G.Əfəndiyeva konfransın işinə uğurlar arzulayıb.

Sonra professor Tofiq Məlikli, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, türkiyəli professorlar Əhməd Bican Elcilasun, Osman Fikri Sertkaya, Fikrət Türkmən, Saim Sakaoğlu və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təklif və mülahizələrini bildiriblər. Natiqlər xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolunu xüsusi vurğulayıblar./azertag.az/

# 2912 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər