Rüstəm Behrudidən Oşoya sərt İTTİHAM

Rüstəm Behrudidən Oşoya sərt <span style="color:red;">İTTİHAM
25 sentyabr 2014
# 14:59

Şair Rüstəm Behrudi Oşonun təlimini yanlış və zərərli adlandırıb. Kulis.azın məlumatına görə o, bu barədə özünün facebook səhifəsində yazıb.

Oşo təlimi yanlış və zərərli təlimdir.

1. Oşo deyir ki, Adəm allaha yox deyən ilk insandı. Oşo ya dinləri əməlli-başlı bilmir, ya da onu yanlış anlatmağa çalışır. Adəmin nə cənnətdə, nə də ordan sonrakı ömründə Allaha yox demək şansı olmayıb. Oşo yanlışlığı həqiqət kimi sırımaq istəyir.

2. Oşo deyir ki, valideynləri sevmək kimi bir borcumuz olduğuna inam bizi ikiüzlü eləyir. Borc hissi aralıq mahiyyət daşıyan bütün bəşəri dəyərlərdən daha çox, özü-özündə bir şeydi, daha doğrusu özü-öz mahiyyətidi. Borc hissinin itdiyi yerdə həyatın bir anlamı qalmır (Bir də valideynə olan sevgi borc deyil, genetik və bioloji hadisədir).

3. Oşo deyir ki, bütpərəstlik yeganə əxlaqdı. Əgər bütpərəstlik yeganə əxlaqdırsa ondan sonra gələn Musa, İsa, Məhəmmədə nə hacət var idi.

Onun sözləri və fikirləri gözəl görünə bilər. Ancaq heç vaxt unutmayın ki, doğru söz gözəl olmur, gözəl sözlər həmişə etibarsız olur.

Oşo təlimi yanlış və zərərli təlimdir. Çünki o dediklərinə özü əməl eləməyən dahi avantüristdir.

Yaşamanın ən gözəl yolu içindən gələn səsə qulaq asaraq yaşamaqdır. Yaşam qədim türk yasalarında da elə bu cür anladılır.

Budda işıqdı. Ancaq Oşo anlamır ki, adətən hər bir şeyin kölgəsi özündən ya kiçik, ya da böyük görsənir. Kim nə deyir desin, ən böyük ilahi həqiqətlər insanın içindən gələn səsə bağlıdır.

Bir keçilməz hədd var hədd –

Hüzün, kədər, bir də dərd...

Söz bilirəm, - Məhəmməd,

İsa, Musa içində

# 3270 dəfə oxunub

Oxşar xəbərlər

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər