Türk şairlərinin maraqlı əhvalatları

Türk şairlərinin maraqlı əhvalatları
17 yanvar 2014
# 09:00

Kulis.az türk şairlərinin başına gələn maraqlı əhvalatları təqdim edir.

Can Yücel bir yazar dostuyla Bodruma gedirmiş. Avtobus yolda qısa ehtiyac fasiləsi verir. Beş dəqiqədən sonra hamı avtobusda olur, təkcə Can Yüceldən başqa. Hamı onu axtarır. Bir az sonra əlində bir paketlə avtobusa çıxır. Konduktor soruşur:

- Can baba, hardaydın? Hamı səni axtarırdı.

- Balaca bir rakı almağa getmişdim.

- Amma beş dəqiqəlik fasilə vermişdik, bunun sırasıydı?

- Mən də qısa fasilə olduğuna görə balaca rakı aldım!

***

Can Yücelin 70 illik yubileyi keçirilirmiş. Aparıcı sözü yubilyara verəndə zarafatla onu belə təqdim edir:

- Qarşınızda, türkcəylə oynayan şair!

Söz başlayan şair belə deyir:

- Səhvin var, türkcə mənimlə oynayır.

***

Bir nəfər Necip Fazıl Kısakürekə deyir:

- Fransada yeni çıxan bir ensiklopediyaya Türkiyədən ancaq iki şairin adını salıblar.

N.F.Kısakürek dərhal soruşur:

- İkincisi kimdi?

***

N.F.Kısakürekdən soruşublar:

- Ustad, şəxsi avtomobiliniz yoxdur?

Şair cavab verib:

- Ona ən axırda minəcəm.

***

Sait Faiq qış vaxtı xəstəlikdən əziyyət çəkən dostları ilə söhbət edirmiş.

- Mən əvvəllər soyuqlayanda tez bir əlac qılardım.

- Neynirdin ki?

- Dərhal bir meyxanaya gedib yarım litr rakı sifariş verərdim. Yarım saatdan sonra bir şey qalmazdı.

- Xəstəliyindənmi?

- Yox əşi, rakıdan.

***

Yəhya Kamal bir yoxuşu çıxıb təngnəfəs olur. Yoxuşun sonunda bir kafedən ofisiant qışqırır:

- Buyurun bəy, bir şey alacaqsınız?

- Oğlum, imkan olsa bir nəfəs almaq istəyirəm.

***

Nazim Hikmət Bursada həbsxanasında cəza çəkərmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir.

Nazimi çağırırlar. Otağa daxil olur. Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı Nazimə oturmağı təklif etmir. Söhbətdən sonra “gedə bilərsiniz”, - deyir. Nazim qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur:

- Ömər Xəyyamı tanıyırsınız?

- Əlbəttə. Onu tanımamaq olarmı?

- Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?

Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir. N.Hikmət deyir:

- Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar.

Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür.

***

Məhkəmədə hakim Necip Fazilə deyir:

- Bax, səni bundan sonra bir də qabağımda görməyəcəm, yaxşı?

N.Fazil soruşur:

- Cənab hakim, işinizdən istefa verirsiniz?

# 4222 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?

15:00 11 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər