Evin böyük uşağı olmağın çətinlikləri

Evin böyük uşağı olmağın çətinlikləri
31 avqust 2013
# 07:15

Böyük bacı, yaxud qardaş olmaq həqiqətən gözəl hissdir. Amma yeri gələndə müxtəlif çətinliklər ortaya çıxır. Həmin çətinliklərin bəzilərini təqdim edirik.

“Axı o balacadır”

Evin böyük uşağının ən çox eşitdiyi cümlədir. Balaca uşaq ona istədiyini edər, amma o əsəbiləşib qışqırsa, günahkar çıxar. Üstəlik ata-anadan da danlaq eşidər: “O balacadır, başa düşmür, sən ki böyüksən!”.

Özünə alınanları yeyib böyük uşağınkılara göz tikmək

Balaca uşaqların ən çox sevdiyi şey yəqin ki budur. Ata iki dənə şokolad alır, böyük uşaq şokoladı açınca balaca uşaq özününkünü tez yeyib qurtarır. Çünki arxayındır ki, biri də var. Başlayır ağlamağa. Ana da “qardaşın indi bunu yesin, sənə sonra alarıq” deyir.

Balacaların əşyaları qırıb dağıtmağı

Böyüklər həvəslə bir şəkil çəkər, yarım saatdan sonra həmin şəklin üstündə ya tüpürcək, ya da başqa cızma-qara, ən pis halda balkondan atıldığını görərlər. Mobil telefonu suya atar, televizorun pultunu gizlədər, ən sevimli oyuncaqları qırar, amma ona “gözün üstə qaşın var” deyən tapılmaz.

Daha çox diqqət

Balaca uşaq dünyaya gəldiyi gündən diqqət mərkəzində olur. Ana bir neçə günlük yoxa çıxır, bir də görürsən əlində bir uşaqla evə gəlir və böyük uşağın həyatı tamamilə dəyişir. Əvvəllər şahzadə kimi yaşadığı evdə indi adi bir adama çevrilir.

20 yaşında da çörək almağa göndərilmək

“O balacadır, 50 metr uzaqlıqda olan mağazaya gedəndə itər, maşın vurar” və s. kimi min cür bəhanəylə böyüyü çörək almağa göndərirlər.

Həmişə nümunə olmaq məcburiyyəti

Böyük uşaqlar bəlkə də vecsiz, avara biri olmaq istəyir. Amma olmaz, böyüksənsə nümunə olmalısan. Balaca isə böyüyün olmaq istədiyi hər şey ola bilər. Heç kim səsini çıxarmaz.

Planların yarımçıq qalar, uşağa baxarsan

Böyük uşaq dostlarıyla axşam bir yerə vaxt keçirmək, kinoteatra getmək istəyir bəlkə də, amma qəfildən nənəsinin xəstələndiyini eşidər, valideynlər tələsik evdən çıxar və balaca qardaşına, yaxud bacısını ona əmanət edərlər. Bəs böyük qardaş, bacı hansı gün üçün lazımdır? Dostları əylənəndə o da uşağın dalınca qaçar.

Balaca uşağın çox vaxt daha yaraşıqlı-gözəl olmağı

İlk uşaqlar çox vaxt təsadüfi dövrlərdə dünyaya gəldiyi üçün bəzi qüsurları olur. İkinci uşaq isə valideynlərin şah əsəri kimidir. Hələ aralarında yaş fərqi azdırsa, çoxlu problemlər yaranır. Məsələn, böyüyün xoşladığı qız yaxınlaşıb balaca qardaşın nömrəsini istəyir, böyük də qalır yana-yana.

“Səni qardaşıma döydürəcəm” cümləsindəki “qardaş” olmaq

Balaca qardaş gedib kimlə gəldi dava edər, Şvarsnegger kimi oğlanlara bağıra-bağıra “Qardaşıma deyəcəm dərsinizi versin!” deyər. Heç düşünməz ki, qardaşım onları döyə bilər, ya yox. Böyük uşaq da qardaşının yanında pərt olmamaq üçün gedib dava edər və çox vaxt döyülər, ya da diplomatik bacarığını işə salıb davasız aradan çıxar.

Balaca qardaşın xəbərçilik eləməsi

Valideynlərin bilməyini istəmədiyi bir şey edən böyük uşağı həmişə balacalar “satar”. Bir qab sındırsa, ən balaca qırıntısına qədər təmizləsə də, balaca uşaq hadisənin şahididirsə, mütləq işin üstü açılar. Balaca əvvəl-axır gedib ana-ataya xəbərçilik edər.

# 2779 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #