Kişilərin Facebookdakı gizli kodları

Kişilərin Facebookdakı gizli kodları
12 fevral 2013
# 08:15

Hazırda “Facebook”-da olmayan adam tapmaq qaranlıqda iynə axtarmaq kimi bir şeydir. Bu şəbəkə həm də ən yaxşı tanışlıq vasitələrindəndir. Kişilər köhnə tanışlıq üsullarını burada da işə salırlar, ancaq qadınları aldatmaq çətin işdir. Onlar kişilərin nə yazıb, əslində nəyi nəzərdə tutduqlarını elə həmin dəqiqə başa düşürlər. Beləliklə, kişilərin “gizli kodları”nı birlikdə açaq...

“Şəkildəki özünsən?” – Günüm internetdə qız tutmaqdan ibarətdir. Bir-iki dəfə “qızam” deyib aldadıblar, yenə o tələyə düşmək istəmirəm.

“A, bu qədər də təsadüf olar? Sən də mənim kimi Tarantino fanatı imişsən ki?!” – Tez-bazar endirim, baxım, Tarantinonun filmlərinə. Heç olmasa şənbə-bazar qədər görüşüm qızla.

“Elə bil, kefin yoxdur. Mənlə danışa bilərsən, yaxşı dinləyiciyəm” – Ay Allah, nə olar, məni evinə, ya da bir yerə çağırsın, nəzir-niyaz verəcəm...

“Belə yazışmaqdan xoşum gəlmir. Zəng vurum danışaq bəlkə?” – “Facebook” hesabımın parolu sevgilimdə də var. Telefonla danışsam bilməz, amma burdan yazışanda hər an tutula bilərəm.

“Şərab açıb balıq qızartmışdım, otururdum ki, bir filmə baxım. Bəs sən neynirsən?” – Bu dəqiqə pornoya baxıram.

“Toppuş qızlardan ötrü ürəyim gedir” – Ancaq üzünün şəklini qoyursansa, deməli köksən. Qoy bir az qabaqdangəlmişlik edim.

“Bu vaxta qədər oyaq qalmısan?” – Görəsən, evi yaxındadır? Bəlkə “gecə qara, cücə qara” deyib məni harasa çağıracaq?

“Baxışlarını, üz cizgilərini...Elə istəyirəm, necə olduğunu görəm” – Döşlərini, fiqurasını, döşlərini, fiqurasını...

“Yanındakı qız rəfiqəndir?” – Səndən bir şey çıxmadı, heç olmasa onunla danışım.

“Sənin kimi qız necə sevgilisiz ola bilər, başa düşmürəm” – Quş qəfəsə girmək üzrədir, cibimə bir az pul qoyub romantik bir kafe tapsam yaxşıdır.

“Ailə dəyərləri mənim üçün çox vacibdir” – Yekə kişiyəm, hələ də ailəmlə yaşayıram. Hardaydı məndə o bəxt tək yaşayam?

“Şəhərin mərkəzindəsən? A, mən də oralardayam. Bəlkə görüşək?” – Sabunçudan mərkəzə ən qısa vaxtda necə getmək olar?

“Şənbə günü sən də evdəsən?” – Bu qədər çimib ətirlənmisən, heyf olmasın, qızla görüş.

Mənbə: “Hürriyyət” qəzeti

# 5096 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

18:40 29 iyul 2026
Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

18:00 29 iyul 2026
Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

16:00 29 iyul 2026
"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

15:00 29 iyul 2026
Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

14:00 29 iyul 2026
Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

17:30 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər