Ustad şairlə gənc yazıçının "döyüş"ü

Ustad şairlə gənc yazıçının "döyüş"ü
13 dekabr 2012
# 12:24

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları şair Salam Sarvan və yazıçı Sahilədir. Məlumat üçün bildirək ki, bu layihədə iştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan “bal”la ölçülür. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır. Maksimum 51, minimum 3 bal arası göstəricidə ən çox bal toplayan qalib hesab olunur.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i beş variantlı, 2-si isə variantsızdı.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1. Qəhrəmanını qisas almaq üçün qartopu ilə silah qabağına verən yazıçı? ( 7 bal )

A) Azad Qaradərəli
B) Alpay Azər
C) Natiq Məmmədli
Ç) Saday Budaqlı
E) Orxan Fikrətoğlu

Salam Sarvan – E
Sahilə – A
Doğru cavab – E

2. Dünya ədəbiyyatşünaslarının və tənqidçilərinin fikrincə müasir realist roman məhz bu romandan başlayır. ( 9 bal )

A) Səfillər V. Hüqo
B) Qorio ata O. de Balzak
C) Karamazov qardaşları F. Dostoyevski
Ç) Qırmızı və qara Stendal
E) Qapı döyülür F. Hohler

Salam Sarvan – Ç
Sahilə – Ç
Doğru cavab – Ç

3. “Allaha şərik qoşan yolunu azmışlar cəhənnəmə vasil olub odda yanacaqlar” cümləsinin yiyəsi? ( 3 bal )

A) Oktay Hacımusalı
B) Zaur Qəriboğlu
C) Yusif Məhəmmədoğlu
Ç) Qəşəm Nəcəfzadə
E) Həzrət Əli

Salam Sarvan – A
Sahilə – B
Doğru cavab – E


4. Bu rəssamın həyatında Praqa səfəri dönüş nöqtəsi olub. Yaradıcılığının əsas və demək olar aparıcı janrı müəyyən olunur – portret. Bu silsilədən “Vltavanın sahilində”, “Müqəddəs Vit kilsəsi”, “Praqanın görüntüsü” əsərlərini qeyd etmək olar. Haqqında danışdığımız rəssam kimdi? ( 7 bal )


A) Maral Rəhmanzadə
B) Böyükağa Mirzəzadə
C) Tahir Salahov
Ç) Toğrul Nərimanbəyov
E) Mikayıl Abdullayev

Salam Sarvan – Ç
Sahilə bu sualda dosta zəng üçün Səlim Babullaoğlunu seçir. Səlim: Böyükağa Mirzəzadə. Sahilə bunu doğru hesab edib cavablandırır.

Sahilə – B
Doğru cavab – B

5. Dahi fizik Albert Eynşteynin ölərkən dediyi sözlər romantikayla desək yalnız divarların yaddaşında qalmışdı. Onlar nə qədər dəyərli olsa belə Albertlə o dünyaya getmiş. Buna səbəb... ( 8 bal)

A) O, ağır xəstəlikdən heç danışa bilmirdi
B) Yanında olan tibb bacısı alman dilini bilmirdi
C) O, bu sözləri qəliz terminlərlə ifadə edirdi
Ç) Hərarətin gətirdiyi sayaqlama olar deyə fikir verməmişdilər
E) Yanında heç kəs olmamışdır

Salam Sarvan – B
Sahilə – B
Doğru cavab – B

6. Pul nəyə deyilir? ( 5 bal )

Salam Sarvan – Pul - əmtəə və xidmətlərin universal ekvivalenti olan xüsusi əmtəədir.

Sahilə – Mübadilə zamanı ümumi ekvivalent olan vasitəyə deyilir.

Doğru cavab – ümumi ekvivalent rolunu oynayan əmtəəyə pul deyilir.

(Hər iki cavabı uyğun hesab edib doğru qəbul edirik)

7. İlk romanlarını başqa imzalarla yazan bu ingilis əsilli qadın yazıçılar həm də bacı idilər. 19-cu əsr dünya ədəbiyyatında bu soyad 3 qadını birləşdirirdi. Söhbət kimlərdən gedir? ( 12 bal )

Salam Sarvan – Bronte bacıları
Sahilə – Bronte bacıları
Doğru cavab – Bronte bacıları


Toplam:

Salam Sarvan – 41 bal
Sahilə – 41 bal

Ümumi ballara nəzərən bu rinqin qalibi yoxdu – ilk dəfə olaraq heç-heçə qeydə alındı.

# 2950 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 28 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər