Redaktor Anarın qınağına cavab verdi

Redaktor Anarın qınağına cavab verdi
15 noyabr 2013
# 15:28

“İşə davamiyyətin zəif olması maaşın azlığı ilə əlaqədardır. Anar müəllim də elə bunu deyir”. Anarın APA-ya müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirən Elçin Hüseynbəyli Kulis.Aza açıqlamasında belə deyib.

“Ulduz” jurnalının baş redaktoru az maaşla işçidən səhər tezdən axşama kimi işləməyi tələb etməyin çox çətin olduğunu deyib.

O, “Ulduz” jurnalının iş davamiyyətinin başqa orqanlara müəyyən mənada nümunə ola biləcəyini də əlavə edib: “Bizdə bir neçə nəfəri çıxmaq şərtilə qalanları daim işə gəlir. Məsul katib həftədə üç gün, jurnal çıxan günlər işə gəlir, korrektor isə işləri evdə hazırlayır.

Qonorar fondu da aşağıdı, müəlliflər bizdən çox qonorar istəyir. Anar müəllim də, biz də istəyərik ki, qonorar fondu artsın. Anar müəllimlə bizim dediklərimiz arasında elə bir fərq yoxdu”.

“Azərbyacan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə xəstə olduğuna görə müsahibəni oxuya bilmədiyini üçün münasibət bildirə bilməyəcəyini söylədi.

Xatırladaq ki, Anar müsahibədə belə demişdi: “Əməkdaşlarından hansı işə vaxtlı vaxtında gəlir? Elələri var ki, aylarla redaksiyalarda görünmür, yalnız maaş günlərində gəlirlər, ayrı günlərdə gələndə də yalnız iddialarla, tələblərlə və xahişlərlə gəlirlər. İndi Siz deyin necə hərəkət edək? Belə təkliflər olur ki, işə gəlməyənləri, əlini ağdan qaraya vurmayanları, ortada yeyib qıraqda gəzənləri, bir dəfə də olsun çörəyini yedikləri təşkilatı haqsız hücumlardan müdafiə etməyənləri, hətta bərai ehtiyat bədxahlarımızla xosunlaşanları, yeyib içənləri işdən azad edək, onların yerinə namusla işləyənlərin maaşını dəfə-dəfə qaldıraq. Katiblikdə də bəzən bu məsələni müzakirə edirik, amma bəlkə bu şəxsən mənim nöqsanımdır, mən heç kəsin çörəyini kəsməyi rəva bilmirəm, özünün belə davranışına görə kimisə maaşsız qoyub ailəsini, balalarını ağır vəziyyətə salmaq istəmirəm”.

# 3654 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər