Korların xilaskarına çevrilən uşaq

Korların xilaskarına çevrilən uşaq
19 iyul 2013
# 11:39

Birinci yazı: Bu uşaqlar dəcəllik edə bilmədilər, öldürüldülər, öldülər

Bu uşaqlar dəcəllik edə bilmədilər, onların daha vacib işləri vardı. Tanıyaq...

Timmi Trell

Onun sadəcə 7 yaşı var idi, amma bu, qarşısına qoyduğu məqsədə çatmasına maneə ola bilmədi. Timinin 6 yaşlı dostuna xərçəng diaqnozu qoyulmuşdu. Xoşbəxtlikdən, balaca qız sağaldı, ancaq bu pis təcrübə Timinin həyatına böyük təsir göstərdi. O, İnamlı İdmançılar Təşkilatının rəhbərliyi ilə xərçənglə mübarizəyə kifayət qədər pul yığılması üçün yarışları təşkil etdi. Bu kampaniya “Balacaların missiyası” adlandırıldı. Onun yığdığı məbləğ isə təxminən 250 min dollar həcmində idi.

Kasandra Lin

On dörd yaşlı Kassandra Rod adasında yaşayırdı. İngiltərədə qış çox sərt keçirdi, insanlar evlərini istiməkdə çətinlik çəkirdilər. Balaca bir ada olan Rodda hər kəs bir-birini tanıyırdı və Lin tanıdığı bu insanlara kömək etməyi qərara aldı. O, köməkçiləri ilə bərabər istifadə edilmiş yağları restoranlardan almağa başladı və onları dizelə çevirib 146 kasıb ailəyə payladı. Kassandranın bu işi yalnız insanlara deyil, təbiət də fayda verdi. 14 yaşlı qızın sayəsində alternativ isitmə mənbəyi tapılmışdı.

Luis Breyl

1809-cu ildə Fransada anadan olmuşdu. 3 yaşında gözündən zədə alan Breyl kor olur. Parisdə gözdən əlil uşaqların təhsil aldığı Royal İnstitutunda oxuyan Luis onlar üçün yeni oxuma-yazma üsulu yaradır. “Breyl üsulu” indi də tətbiq edilir. Bu üsul ilə yazıb oxumağı öyrənənlər daha asanlıqla və daha yaxşı iş tapa bilirlər. 19 yaşından təhsil aldığı müəssisədə müəllim kimi işləməyə başlayan Breyl isə 43 yaşında vəfat edir.

Aleksandra Skott

1996-cı ildə Amerikada doğulub. Hələ bir yaşı olmamış ona xərçəng diaqnozu qoyulub. 2000-ci il... 4 yaşlı Alex bir gün anasına belə deyir: ”İstəyirəm ki, həkimlər mənə kömək etdikləri kimi digər uşaqlara da kömək edə bilsinlər”. Və ona özünün limonad kampaniyası ideyası haqda danışır. Onun səyləri nəticəsində Alexin Limonad Fondu yaradılır və bu fond xərçəngə qarşı mübarizə üçün 1 milyon dollar pul yığa bilir. Lakin Alex 2004-cü ildə 8 yaşında bu xəstəliyə məğlub olur.

Onlar xəyal qurdular, inandılar və inandıqlarının arxasınca getdilər. Kiçiklər böyük işlər bacarır.

# 2615 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #