Dünyada hədiyyə bağışlamaq ənənələri

Dünyada hədiyyə bağışlamaq ənənələri
29 dekabr 2012
# 08:30

Qarşıdan yeni il bayramı gəlir. Bu bayramda adətən insanlar bir-birlərinə hədiyyə bağışlayırlar. Hər bir xalqın da özünəməxsus hədiyyə ənənələri mövcuddur.

Hədiyyə dəyişikliyinə ən çox diqqət yetirən ölkələr:

Yaponiya, Çexiya, Polşa, Rusiya, Çin, Kolumbiya, Tayvan, Kosta Rika, Tayland, Malayziya, Koreya, Honq-Konq, İndoneziya.

İlk ziyarətdə hədiyyə gözləməyən, ancaq sonrakı ziyarətlərdə hədiyyə gözləyən ölkələr:

Portuqaliya, İspaniya, Çili, Sinqapur, Braziliya, Qvatemala, Panama, Peru, Norveç, Finlandiya, Nikaraqua, Venesuela, Malayziya.

Hədiyyə gözləməyən ölkələr:

Afrika ölkələri, Avstraliya, İngiltərə, Fransa, Macarıstan, İtaliya, Uruqvay, Skandinaviya, Danimarka, Pakistan.

Və konkret nümunələrə keçək.

Almaniya

- Sizə hədiyyə alınmayınca, hədiyyə verməməyə çalışın. Çünki almanlara görə, hədiyyə lazımlı vaxtda verilməli və səhv anlaşılmalara yol açmamalıdır.

- Yaxşı və keyfiyyətli məhsulları sevsələr də, çox bahalı hədiyyələrə üstünlük vermirlər.

- Ala biləcəyiniz ən yaxşı hədiyyələr isə qələm və spirtli içkilərdir.

- Alman evinə qonaq gedəndə bir dəstə gül çələngi ilə ev sahibini məmnun edə bilərsiniz.

- Geyimə aid hər hansı bir hədiyyə seçimi qarşısında qalıbsınızsa, düşünmədən şərf seçin. Almanlar geyimlərini şərflə tamamlamaqdan zövq alırlar.

Amerika

- Hədiyyələr bir çox hallarda verilə bilər: müqavilə imzalayarkən, şəxsi karyera ilə bağlı vacib yeniliklərdə, uğurlu bir proyektin sonunda.

- Bir amerikalının evinə qonaq gedərkən hədiyyə almağınız vacib şərt deyil. Ancaq çiçək və ya şərab həmişə xoş qarşılanır.

- Yaxşı olardı ki, evə ilk daxil olanda, ya da evdən çıxan zaman hədiyyənizi təqdim edəsiniz.

- Ətir və ya zinət əşyaları çox da uğurlu seçim deyil. Çünki sırf zövq məsələsidir. Yanılma ehtimalınız böyükdür.

- Sizə hədiyyə veriləndə dərhal qaytarmaq məcburiyyətində deyilsiniz. Uyğun bir vaxtı gözləyə bilərsiniz.

Azərbaycan

- Azərbaycanlılar daha çox nərd, bahalı alışqanlar, xəncərlərə üstünlük verirlər.

- Kişilər üçün qol saatı, qadınlar üçün ən ideal hədiyyə ətir və zinət əşyalarıdır.

- Evə gələn qonaqdan xüsusi bir hədiyyə gözləmirlər. İstənilən hədiyyə ev sahibində xoş təəssürat yaradır.

Fransa

- Fransada iyerarxiya prinsipinin böyük əhəmiyyəti var. Xüsusən iş dünyasında. Ona görə də ən yuxarı vəzifəli şəxsə hədiyyə verməyə çalışın.

- Hədiyyə verərkən əllə yazılmış balaca bir qeyd də qoysanız, lap yerinə düşər.

- Fərqli hədiyyə qarşınızdakı fransız üçün əsl komplimentdir.

- Bir evə dəvət alıbsınızsa, çiçək-qırmızı gül və çobanyastığından başqa-keyfiyyətli şokolad və ya spirtli içki yerinə düşər.

- Əgər əliboş gedibsinizsə, kədərlənməyin. Səhəri gün ev sahibinə çiçək və ya meyvə səbəti göndərmək də təqdirə layiqdir.

İngiltərə

- Hədiyyə verməkdənsə, ortağınızı gözəl bir axşam yeməyinə dəvət etmək və ya teatra bilet almaq daha çox işinizə yarayar.

- Çiçək-ağ yasəməndən başqa-və ya keyfiyyətli bir spirtli içki alsanız, kifayətdir.

- Bir ingilis ailəsindən dəvət alıbsınızsa, daha sonra bir təşəkkür qeydi də göndərmək lazımdır.

İran

- Hədiyyə vermək İranda sosial bir hadisədir. Bahalı hədiyyələrə üstünlük verirlər.

- Ölkənizə aid yeməklər, əl işləri və dekorativ əşyalar da yaxşı seçimdir.

- Dəvət olunduğunuz iranlı evinə əliboş getməyiniz heç də xoş deyil. Gedərkən ən azı çiçək, tort, hər hansı şirniyyat hədiyyəsi ala bilərsiniz.

- Nə badə spirtli içki, yaxud da içində donuz əti olan məhsullar aparasınız.

İtaliya

- Fransızlar kimi italyanlarda da hədiyyəni yüksək mövqeli insanlara verirlər. Bahalı olmasa da, keyfiyyətli olmasına diqqət yetirirlər.

- Əgər şərab hədiyyə edirsinizsə, ən keyfiyyətli üzümdən hazırlanmağına diqqət yetirin.

- Marka saat, qələm, gümüş brelok hədiyyələri xoş qarşılanır.

- Cüt sayda çiçək, çobanyastığı gülü və ya şirkət loqosu olan məhsullar, bıçaqlar heç də yaxşı hədiyyələr sayılmır.

Rusiya

- Rusiyada Qərbdən gələn əşyalara üstünlük verilir. Hədiyyənin yaxşı bağlanmasına diqqət yetirirlər.

- Rus evinə qonaq gedirsinizsə, şokolad, şərab, ya da “vodka” ala bilərsiniz.

- Getdiyiniz evdə hamilə biri varsa, uşaq üçün nəsə alsanız, ev sahibinin ürəyindən olacaq.

Misir

- Yaxşı ev sahibi olmaq misirlilər üçün prestijdir. Ona görə qonaq dəvət etməyə meyllidirlər. Gedərkən bişmiş yeməklər, şokolad almaq olar.

- Hədiyyə alıb-verərkən mütləq sağ əllə hərəkət etməyinizə diqqət yetirin.

- Misirlilər çox vaxt çiçəyi yas mərasimlərində istifadə edirlər. Ona görə ancaq Qərbə meylli misirlilərin evinə çiçəklə getmək olar.

- Elektron əşyalar, ya da namaz qılarkən Məkkənin istiqamətini təyin edə bilən bir kompas hədiyyə verə bilərsiniz.

- Aparacağınız ən pis hədiyyə, yəqin ki spirtli içkilərdir.

# 3271 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #