Ramilə Qurbanlının kitabı çap olundu

Ramilə Qurbanlının kitabı çap olundu
4 noyabr 2015
# 13:01

Tanınmış jurnalist, Kulisin əməkdaşı Ramilə Qurbanlının “33 pərdəli dram” adlı kitabı çap olunub.

Bu barədə müəllif özü məlumat verib. Kitabda R.Qurbanlının vaxtıyla mətbuatda çap olunan portretlər yazılar silsiləsi yer alıb.

Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş sənətkarların portretləri həm peşəkarlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı haqqında olan sanballı materialları da kitabda yer alıb. Adı çəkilən və çəkilməyən sənətkarların həm yaradıcılığı, həm də şəxsi həyatları barədə kitabda dolğun məlumatlar var, bir sözlə, oxuduqca onların tam portretlərini göz önündə canlandırmaq mümkündür.

Ramilə Qurbanlı bildirib ki, kitabın adı içindəki sənətkarların həyatı və səhnə taleyi ilə həmahəngdir.

“33 pərdəli” dram kitabına mədəniyyət aləminin tanınmış imzaları Azər Paşa Nemət və İlham Rəhimli ön söz yazıblar.

Kitab iki hissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli, Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.

Müəllif kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Yaradıcılıq Fonduna təşəkkürünü bildirir.

“33 pərdəli dram” yaxın günlərdə oxuculara təqdim olunacaq.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

10:00 23 may 2026
"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

17:00 22 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

13:44 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." -  Balzakın "Qobsek" novellasından bir hissə

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." - Balzakın "Qobsek" novellasından bir hissə

10:00 20 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər