“Ulu Çinar”ın ilk sayı çap olundu

“Ulu Çinar”ın ilk sayı çap olundu
2 dekabr 2014
# 13:36

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yeni “Ulu Çinar” türk xalqları ədəbiyyatı dərgisi ilk sayı işıq üzü görüb. Dərgi türkiyəli nakam şair Kaan İncənin şeirləri ilə açılır. Lirik duyğulara köklənən şairin şeirlərində ölümdən, həyatdan, insanların hiss və həyəcanlarından bəhs olunur.

Daha sonra dərgidə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın bu il 100 illik yubileyi qeyd olunan məşhur türk şairi Fazil Hüsnü Dağlarca haqqında düşüncələri də yer alıb. Müəllif həmin yazısında böyük şairin poeziyasına geniş ekskursiya edib.

Dərginin “Müasir Azərbaycan ədəbiyyatı Türkiyə türkcəsində” bölməsində görkəmli şairə Sona Vəliyevanın şeirləri Oktay Hacımusalının çevrisində oxuculara təqdim olunub.

Bundan başqa, dərgidə Kazıbek Şaxanovun (Qazaxıstan), Gennadi Ayginin (Çuvaşıstan), Renat Xarisin (Tatarıstan), Lazar Kokişevin (Altay diyarı), Bəstə Sakallının (Şimali Kıbrıs), Nataliya Axpaşevanın (Xakasiya), Liliya Qazizovanın (Tatarıstan), Əməl Eminin (Rumıniya), Mariya Kuçumova (Başqırdıstan), İvan Miqalkinin (Yakutiya) şeirləri, Sanjar Yanışevin(Özbəkistan), Çingiz Aytmatovun (Qırğız eli), Ömər Seyfəddinin (Türkiyə), Kadir Aydemirin (Türkiyə), İsmayıl Bozkurtun (Şimali Kıbrıs), Fərid Hüseynin (Azərbaycan), Rüfət Əhmədzadənin (Azərbaycan) hekayələri, Hikmət Babaoğlunun (Azərbaycan), Elxan Zalın (Azərbaycan), Fəridə Qabidullinanın (Tatarıstan), Rəhmi Əlinin (Batı Trakya), Nicat Zal (Azərbaycan), Təranə Yusif Rəhimlinin (Azərbaycan), Oktay Hacımusalının (Azərbaycan), Rana İslam Dəyirmançının (Bosniya), Namiq Hacıheydərlinin (Azərbaycan) araşdırma yazıları dərc olunub.

Jurnalda həmçinin Türkiyəli fotoqraf İlyas Göçmenin yaradıcılığına da yer verilib.

# 2153 dəfə oxunub

Oxşar xəbərlər

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

15:00 5 may 2025
Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

15:00 3 may 2025
Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

12:00 3 may 2025
Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

15:00 2 may 2025
Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

12:50 2 may 2025
"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

09:00 1 may 2025
# # #