II Fəxri Xiyabandakı məşhurlar

II Fəxri Xiyabandakı məşhurlar
22 yanvar 2013
# 08:30

II Fəxri Xiyaban “Yasamal Dağüstü -1” qəbiristanlıq kompleksinə daxildir və Badamdar yaxınlığında yerləşir. Azərbaycanın bir neçə Milli Qəhrəmanın və Qarabağ şəhidlərinin dəfn olunduğu II Şəhidlər Xiyabanı ilə yanaşıdır. Təxminən I Fəxri Xiyabanla eyni vaxta salınıb. Əvvəllər II Fəxri Xiyabanda dövlət adamları, fəxri adları olmayan yazıçılar, elm xadimləri, incəsənət adamları dəfn olunsa da, qısa müddət sonra buranın təyinatı dəyişib. Uzun müddətdir ki, dünyasını dəyişmiş bir çox tanınmış sima burda dəfn olunur.

Tanınmış simaların bir qismi I Fəxri Xiyabanda, bir qismi isə II Fəxri Xiyabanda torpağa tapşırılıb. Bunlar, əsasən, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, idmançılar, Sovet hakimiyyəti dövründə yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamlarıdır.

Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsinə kömək etmiş köhnə bolşeviklərin, partiya, sovet işçilərinin də bir qismi I Fəxri Xiyabanda olduğu kimi, II Fəxri Xiyabanda da dəfn olunub.

Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılıb. Elə həmin ildən I Fəxri Xiyabanın tikintisinə başlanılıb. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları Fəxri xiyabana köçürülməli və onların qəbirüstü abidələri qoyulmalı idi.

Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.

Fəxri Xiyaban yaradıldıqdan sonra vəfat etmiş görkəmli şəxsiyyətlər burada dəfn edilib.

Kulis.az II Fəxri Xiyabandan çəkilmiş fotoları təqdim edir.

# 7731 dəfə oxunub

Oxşar xəbərlər

"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

12:00 17 may 2026
İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

12:00 16 may 2026
Luvina - Xuan Rulfonun hekayəsi

Luvina - Xuan Rulfonun hekayəsi

10:00 16 may 2026
"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?"  - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

15:00 13 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər