Şair ər və arvad üz-üzə gəldi

Şair ər və arvad üz-üzə gəldi
6 dekabr 2012
# 12:15

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları şairlər Zahir Əzəmət və Sevinc Çılğındır. Məlumat üçün bildirək ki, bu layihədə iştirakçılara suallar verilir. Hər sual qarşısında yazılan “bal”la ölçülür. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanır. Maksimum 51 bal, minimum 3 bal arası göstəricidə ən çox bal toplayan qalib hesab olunur.

Hər suala 2 dəqiqə vaxt ayırmaqla cəmi14 dəqiqə verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt verilir. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i beş variantlı, 2-i isə variantsızdı.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1. – Filosof Heydər Hüseynovun prototipi hansı əsərdə yaradılıb ? ( 5 bal )

A)”Otel otağı” - Anar
B) “Osmanlı” - Xanəmir
C) “Yanar ürək” - İ . Hüseynov ( Muğanna )
Ç) “Maestro” - Səfər Alışarlı

E) “Sehrbazlar dərəsi” - Kamal Abdulla

Zahir Əzəmət – C
Sevinc Çılğın – C
Doğru cavab – C

2. – 20 əsr türk poeziyasından xəbərdar olan bu şeirin müəllifini mütləq tanımalıdı? ( 7 bal )

“ ben az konuşan çok yorulan biriyim,
şarabı helvayla içmeyi severim,
hiç namaz kılmadım şimdiye kadar,
annemi ve allahı da çok severim,
annem de allahı çok sever,
biz bütün aile zaten biraz
allahı da kedileri çok severiz …”

A) Nazim Hikmət
B) Arkadaş Özger
C) Atilla İlhan
Ç) Cemal Süreyya
E) Edip Cansever...

Zahir Əzəmət – E
Sevinc Çılğın – C
Doğru cavab – B

3. – “ Əgər yaza bildiyin halda, ağır əziyyətli matros işinə dözürsənsə, deməli səfehsən ” fikri hansı əsərdəndi? ( 7 bal )

A) “Teatr” ( Somerset Moem )
B) “Şahzadə və Dilənçi” ( Mark Tven )
C) “Çalıquşu” ( R. N. Güntəkin )

Ç) “Martin İden” ( Cek London )
E) “İkinci sinif müəlliməsi üçün qızıl güllər” ( Alvaro Yumke )

Zahir Əzəmət – Ç
Sevinc Çılğın – Ç
Doğru cavab – Ç

4. – Zamanında uğur qazanmayan, lakin hazırda dünya şöhrətli rəssam olan Vinsent Van Qoq qulağını hansı səbəbdən kəsmişdir? ( 7 bal )

A) Güzgü qarşısında üz cizgilərindən iztirabın yaratdığı həqiqi ifadələri görməkçün.

B) Yaradıcılıq uğursuzluğundan yaranan ani qəzəbdən.

C) Sevimli fahişəsinə olan sevgisini sübut etmək üçün.

D) Bu hərəkəti ilə tarixdə iz salmaq iddiasında olduğu üçün.
E) Belə bir şey olmamışdı ( heç biri ).

Zahir Əzəmət – A

Sevinc Çılğın – A

Doğru cavab – C

5. – Məntiqi ardıcıllığı tamamla: P. Neruda, A. Kristi, E. Heminquey, H. Miller, X. Hüseyni, ... ( 4 bal )

A) Telli Borçalı
B) Xuraman Şuşalı
C) Almaz Ələsgərli
Ç) Rəqsanə
E) Vüqar Əhməd

Zahir Əzəmət – E

Sevinc Çılğın – E

Doğru cavab – E

6. – O, belçikalı şair, yazıçı, dramaturqdu. 27 yaşında yazdığı ilk pyes – nağılı “Şahzadə Malen”lə dramaturq şöhrəti qazanır və tənqidçilər onu Şekspirlə müqayisə edirlər. Absurd teatrın banilərindən sayılır. O, həm də dünyaca populyar “Korlar” pyesinin müəllifidi. Hətta Samuel Bekket belə onun əsərlərindən ciddi şəkildə təsirlənib. Söhbət kimdən gedir? ( 12 bal )

Zahir Əzəmət bu sualda dostu Vidadi Qafarlıya zəng edir. V. Qafarlı: Sartr deyir. Zahir razılaşmayıb öz cavabını irəli sürür: İonesko

Sevinc Çılğın – Moris Meterlink
Doğru cavab – Moris Meterlink

7. – Metislər kimlərdi? ( 9 bal )

Zahir Əzəmət: “Amirakada zəncilərlə ağdərililərin nikahından doğulanlar”.

Sevinc Çılğın bu sualda dosta zəng üçün şair Rəbiqə Nazimqızını seçir. Rəbiqə xanım: “Avropalılarla hinduların nikahından doğulanlar ”. Sevinc Çılğın bunu doğru hesab edib təsdiqləyir.

Doğru cavab: Latın Amerikasında avropalılarla hinduların nikahından törəyən nəsil.

(Bu sualda daha dəqiq və dolğun cavab kimi Sevinc Çılğının variantını qəbul edirik )

Toplam:
Zahir Əzəmət – 16 bal
Sevinc Çılğın – 37 bal

Ümumi ballara əsasən “Yazıçı rinqi”nin qalibi Sevinc Çılğın oldu.

# 4094 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

13:10 8 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər