“Təyyarədə hamı dindar olur”

“Təyyarədə hamı dindar olur”
28 sentyabr 2013
# 07:45

Kulis.az amerikan aktyor Conni Deppin həyatdan öyrəndiklərini təqdim edir.

Deyəsən, əsl adım Osmonddur.

Qəribə uşaq idim. Əvvəlcə Brüs Li olmaq istəyirdim, sonra Daniel Bun (amerikanın ilk sakinlərindən biri – Esquire).

Gənc yaşlarımda satıcı işləmişdim, çox tez də qovulmuşdum. Yəqin “Bu kostyum sizə heç yaraşmır!” deməyi çox sevdiyimdən olmuşdu.

Tim Barton-gördüyüm ən qapalı insandır. “Çarli və şokolad fabriki” filmi çəkiləndə kimsə mənə yaxınlaşıb dedi ki, Helen sizi (Bonem Karter, Bartonun sevgilisi – Esquire) telefona çağırır. Soruşdum: “Yaxşısan? Billə bir şey olmayıb ki?”. Onların oğlu Bill hələ çox balaca idi onda. “Hə, hər şey yaxşıdı. Tim istəyir ki, sən Billin xaç atası olasan”, - dedi. “İki dəqiqə əvvəl Timlə birlikdəydim axı, heç nə demədi”,- dedim. Bu, əsl Tim idi. “İstəyirəm ki, oğlumun xaç atası olasan” deməkdən ağır iş yox idi onun üçün. Çəkiliş meydançasına qayıdıb Timə dedim ki, bu mənim üçün böyük şərəfdir. O isə: “Aha, əlbəttə, başlayaq işləməyə”.

Tim hansı rolu məndən istəsə, düşünmədən razılaşaram. Lap filmdə qarışqayeyənlə sekslə məşğul olmaq lazımdırsa, böyük məmnuniyyətlə edərəm.

Çalışıram daima çaşqınlıq vəziyyətində olum. Çaşqınlığın üzdəki ifadəsini xoşlayıram.

Məncə, hərə bir cür dəlidir.

Hər filmdə mütləq bir kadr olur, öz-özünə deyirsən, bax “o kadr” budur!

Pul xoşbəxtliyi almır, amma yaxt ala bilir. O yaxtı da götürüb gedirsən xoşbəxtliyi axtarmağa.

Təyyarədə hamı dindar olur.

Mənim azadlıq simvollarım – sadəlik və anonimlikdir. Nə vaxtsa mən onları yenidən özümə qaytaracam; ya qocalanda, ya da hamı məndən bezəndə.

Uşaq bir yaşında əsl sərxoşa oxşayır. Ayağa durur, yenə özünü saxlaya bilməyib aşır. Gah ağlayır, gah gülür, gah qusur.

Uşaqlar adama elə qəribə suallar verirlər ki. Bir dəfə qızım gəlib qarşımda oturdu və dedi: “Ata, sənə bir neçə sual verməliyəm”. Dörd yaşı vardı. “Üç dənə sualım var. Bir: Allah itdən qorxur?” – soruşdu, cavab verdim ki, qorxmur. O isə: “Yaxşı, bəs səncə o dinozavrları görüb?”, - soruşdu, yenə cavab verdim ki, yəqin görüb. Üçüncü sualı da bu oldu: “Onun qulluqçusu var?”. Bilmədim nə cavab verim.

Əgər nə vaxtsa “Mən ciddi aktyoram” dediyimi eşitsəz, gəlin, məni yaxşıca şillələyin.

Hazırladı: Günel Əsgərzadə

Mənbə: “Esquire” jurnalı

# 5007 dəfə oxunub

Oxşar xəbərlər

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

18:40 29 iyul 2026
Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

18:00 29 iyul 2026
Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

16:00 29 iyul 2026
"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

15:00 29 iyul 2026
Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

14:00 29 iyul 2026
Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

17:30 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər