“Mənim kişim” qalib gəldi

“Mənim kişim” qalib gəldi
30 iyun 2014
# 12:30

Bu günlərdə başa çatan 36-cı Beynəlxalq Moskva Kinofestivalında əsas -Qızıl Georgi mükafatını yapon rejissoru Kadzuesi Kumakirinin “Mənim kişim” filmi alıb.

Kulis.az-ın məlumatına görə filmdə sunami və zəlzələdən sonra valideynlərini itirmiş qızdan danışılır. Qızcığazla onu himayəyə götürən kişi arasında sonralar sevgi münasibətləri yaranır.

Ən yaxşı rejissor işinə görə mükafatı Valeriya Qay Germanikanın “Hə və Hə” dramı alıb. Təsadüfi sevginin birləşdirdiyi rəssam və müəllimənin hekayətini anladan filmdə açıq səhnələr çoxdur.

Ən yaxşı sənədli film mükafatına iflic olan 60 yaşlı adamdan bəhs edən “Dərin sevgi” dramına görə polyak rejissoru Yan Matuşinski layiq görülüb.

Ən yaxşı aktrisa nominasiyasında ukraynalı Natalka Polovinko, ən yaxşı aktyor nominasiyasında isə yapon Tadanobu Asano qalib olub.

Xüsusi mükafatı isə türk rejissoru Melik Saracaoğlunun “Gözümün nuru” filmi alıb. Müəyyən qədər avtobioqrafik filmdə söhbət rejissor karyerası arzusunda olan kinomandan gedir.

Ən yaxşı qısa metrajlı film nominasiyasında rus rejissoru Maksim Şavkinin “14 addım” filmi qalib gəlib.

Xatırladaq ki, Azərbaycanlı rejissor Elmar İmanovun və türkiyəli həmkarı Engin Kundağın ortaq işi “Torn” da festivalın qısametrajlı film müsabiqəsində iştirak edirdi.

# 3429 dəfə oxunub

Oxşar xəbərlər

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər