”Əxlaqlı incəsənət olmur”

”Əxlaqlı incəsənət olmur”
8 yanvar 2013
# 08:00

Mübaliğəsiz deyə bilərik ki, bu ad hamıya tanışdır. Dahi rəssam, heykəltəraş, qrafik, dizayner, XX əsr mədəniyyətinin simalarından biri Pablo Pikasso. Onun istedadının çoxtərəfliliyi və yaradıcı gücünün tükənməzliyi insanı heyrətə salır. Dahi rəssam əsərlərində seks mövzusundan da yan keçməyib. Burada təəccüblü bir şey yoxdur. Pikasso zahid deyildi və həyat sevinclərinə yaradıcılıqdan az vaxt ayırmırdı: “Əxlaqlı incəsənət olmur. Əgər o əxlaqlıdırsa, demək incəsənət deyil”.

O nə dediyini bilirdi. Ehtiras, həssaslıq, qadınlar və seks həmişə Pablo Pikasso üçün ilham mənbəyi olub. Hətta açıq-saçıq hərəkətləri ilə ad çıxarmış Paris boheması (daimi gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi) içərisində o şəhvani həzlərə yüksək marağı ilə seçilirdi. Pikasso rəsmən iki dəfə evli olub. Dahi rəssamın birinci həyat yoldaşı rus balerina Olqa Xoxlova idi. Onlar 1918-ci ildə evlənib 1935-ci ildə ayrılıblar. İkinci dəfə isə Pikasso fransız Jaklin Rokla ilə ailə qurub. Onunla evlilik 1961-ci ildən böyük rəssamın ölümünə qədər davam edib. Amma Pikassonun həyatındakı qadınlar bundan dəfələrlə çox olub. Sevgililərinin, naturaçılarının və sadəcə məşhur rəssamın qollarına atılmaq istəyən pərəstişkarlarının sayı-hesabı yox idi. Onlardan yalnızca bir neçəsinin, dahi rəssamın həyatında və deməli yaradıcılığında iz buraxmış ilham pərilərindən ən məşhurlarının adlarını çəkmək kifayətdir. İlk növbədə Madleni xatırlatmaq yerinə düşər. Pablo 1904-cü ildə Parisə gəldikdən sonra onunla qızğın “roman”ı olub. Dahi rəssam 1904-1911-cü illərdə Fernanda Olivye ilə görüşüb. 1911 –ci ildə isə Fernandanın yerini Marsella Yuber tutub. Pikassonun onunla münasibətləri 1915-ci ilə, Marsellanın ölümünə qədər davam edib. Mariya Tereza Valterlə münasibətlərin əsası isə 1927-ci ildə qoyulub və fasilələrlə 1958-ci ilə qədər davam edib. Bu əlaqədən Pikassonun qızı Mariya dünyaya gəlib. 1936-1944-cü illərdə isə dahi rəssamın ilham pərisi rolunda Dora Maar (Teodora Markoviç) çıxış edib. Və nəhayət Pabloya iki övlad bəxş etmiş Fransuaza Giyo.

Qadınlarla birlikdə Pikassonun rəsmlərinin bədii üslubu da dəyişirdi. Hətta tam məsuliyyətlə demək olar ki, yaradıcılığındakı məhsuldarlılığa və fərqliliklərə görə rəssam “geniş ürəyinə” və yüksək seksual temperamentinə minnətdar olmalıdır. Bu ehtiraslı və qaynar temperament həm də rəssamın qızğın, enerjili, bəzən isə qəddar və sadist, amma bununla belə həmişə yüksək istedad nümunəsi olan açıq-saçıq erotik əsərlərində öz əksini tapırdı.

Məsələn, Pikassonun “Dora və Minotavr” əsəri nəyə desən dəyər. Bu əsərdə yarıminsan-yarımöküz ehtirasla Pikassonun sevgililərindən birinin üzərinə əyilib. Çılpaq halda çarpayıda yayxanmış qadın isə həm qorxu, həm də həyəcanla sevgilisini gözləyir. Seksdə vəhşi ehtiras və zorakılığın zəriflik və istəklə çulğaşması mövzusuna Pikassonun əsərlərində tez-tez rast gəlinir. Bunun səbəbi çox sadədir. Seks rəssamın yaradıcı enerjisinə güc verirdi. Təsadüfi deyil ki, rəssam özü deyirdi: “...hər nədirsə incəsənətin köklərini erotizmdə axtarmaq lazımdır. Hər əsərin əsasında necə olmasından asılı olmayaraq bir sevgi vardır”.

Rəvan

# 5741 dəfə oxunub

Oxşar xəbərlər

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər