Oskar Akademiyası üzr istədi

Oskar Akademiyası üzr istədi
1 mart 2017
# 12:51

Amerika film Akademiyası, digər adıyla Oskar Akademiyası, film mükafatlarını verildiyi 89 illik həyatında ən böyük qalmaqala görə üzr istəyib və baş verənləri izah edib.

Bu haqda Oskar Akademiyası açıqlama yayıb.

Fevralın 26-sı axşamı Oskar Akademiyası Oskar mükafatlarının təqdimetmə mərasimində "Ən yaxşı film" nominasiyasında mükafatı seçilmiş film "Moonlight" (Ay işığı) əvəzində "La La Land" filminə verib. Bu yanlış az sonra düzəldilsə də böyük qalmaqal yaranıb və Oskar Akademiyası bir neçə gün sonra buna görə üzr istəyib.

Akademiya yaydığı açıqlamada səhvə görə dərindən mütəəssir olduqlarını bildirib. ""La La Land" və "Moonlight" (Ay işığı) filmlərinin yaradıcı heyətlərindən, Faye DunawayWarren Beatty'dən və dünya boyu bizim təqdimetmə mərasimini televiziya başında izləyən tamaşaçılardan üzr istəyirik" - deyə məktubda bildirilir.

83 ildir Oskar mükafatlarının səsverməsini və təqdimetmə mərasimini təşkil edən PricewaterhouseCoopers (PwC) da yaydığı açıqlamada baş verənlərin əməkdaşların səhvi ucbatından olduğunu bildirərək üzr istəyib.

Əslində nə baş vermişdi...

Fevralın 28-i Los-Anceles şəhərində 89-cu Oskar Mükafatı təqdimetmə mərasimində "İlin ən yaxşı filmi"ni elan etmək üçün səhnəyə iki aktyor Warren Beatty və aktrisa Faye Dunaway dəvət olunub. Warren Beatty'yə səhv zərf verildiyi üçün o zərfdə yazılanı oxumazdan əvvəl bir az tərəddüd edib, zərfdə ən yaxşı qadın aktrisa "La La Land" filmindən Emma Stone yazılmışdı. Ancaq Faye Dunaway bunun həm də "Ən yaxşı film" nominasiyasında seçilən filmin "La La Land" olduğunu düşünərək beləcə də elan etmişdi. Filimin yaradıcı heyəti minnətdarlıq çıxışını etmək üçün səhnəyə gələndən az sonra "Ən yaxşı film" nominasiyasında seçilən filmin əslində "Moonlight" olduğu aydınlaşıb./azadliq.org/

# 2615 dəfə oxunub

Oxşar xəbərlər

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər