Ermənilər Varisə qarşı... FAKT

Ermənilər Varisə qarşı... FAKT
7 avqust 2014
# 13:04

Bu günlərdə Rusiyanın ən böyük ədəbiyyat portallarından proza.ru saytında yazıçı Varisin “Əzilmiş fotoşəkillər” və “Metamorfoza”romanları yerləşdirilib. Bu barədə Lent.az-a xəbər verən yazıçı yuxarıdakı romanların bəzi epiozdlarında Azərbaycan-Ermənistan münaqişəsi barədə düşmən ölkənin yeritdiyi təbliğatın ifşa edildiyini bildirib: “Bildiyiniz kimi, ermənilər 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələri özlərinə qarşı genosid kimi qələmə verməklə gözə kül üfürməyə cəhd etsələr də “Əzilmiş fotoşəkillər” romanında əsl həqiqəti üzə çıxaran məqamlar var.

«… Прокуратура СССР и сотрудники КГБ выявили и арестовали двух основных зачинщиков беспорядков и назвали их имена. Один из них был Ахмед Ахмедов, азербайджанец по национальности, а другим был больше известный по имени Паша, армянин Эдуард Робертович Григорян. Во время расследования было выявлено, что он лично убил четверых армян и изнасиловал восемь армянок…»

Romanda Ermənistan tərəfinin guya münaqişəyə səbəb kimi Azərbaycanın və Dağlıq Qarabağın erməni əhalisinə qarşı yerli hakimiyyətin yeritdiyi ayrı-seçkilik siyasətini arqument kimi göstərməsinin də ağ yalan olduğu faktlarla sübuta yetirilir”.

«…На январь 1988 года в Сумгаитском филиале Государственного банка Азербайджанской ССР отмечены вклады в размере 115,7 млн. рублей, из которых 21,6% были вкладами, принадлежащими армянам. Хотя армяне составляли всего 5,6% от общего количества населения города.

В общем, сумма денежных вкладов армянам в 4,6 раза превышала сумму вкладов азербайджанцев».

“Metamorfoza”-da isə münaqişənin həllinə cavabdehlik daşıyan ATƏT-in fəaliyyətsizliyi roman qəhrəmanlarının dili ilə pislənilməklə yanaşı, azərbaycanlı qəhrəman Mübariz İbrahimovun timsalında döyüşçülərimizin mərdliyi də təcəssüm olunur.

''Если б таким парням, как Мубариз, дали б возможность – мы давно вернули бы свои земли… Ты только представь: в одиночку уничтожил целую роту. Они даже трупа его боялись. После того, как убили – связали руки…''

Yazıçı ermənilərin artıq romanlarla bağlı irad bildirdiklərini də qeyd edib: “Şəksizdir ki, tarixi həqiqətlərin yayılmasında, bərqərar olunmasında bədii ədəbiyyat böyük rol oynayır. Ədəbiyyat heç vaxt sərhəd və çərçivə tanımaz”.

“Əzilmiş fotoşəkillər” və “Metamorfoza” romanlarını müvafiq olaraq bu linklərdən http://www.proza.ru/2014/07/06/1579, http://www.proza.ru/2014/07/04/620 oxumaq olar.

# 3834 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi

12:00 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər