“Kişilər şərab kimidir”

“Kişilər şərab kimidir”
16 oktyabr 2013
# 07:30

Kulis.az kişilər haqda söylənmiş aforizmləri təqdim edir.

İki kişinin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)

Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)

Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)

Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)

Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular. (Onore de Balzak)

Dağlar yaxınlaşdıqca daha nəhəng görsənirlər, amma nəhəng kişilər bu cəhətdən dağlara oxşamırlar.(Leydi Blessinqton)

Kişinin evi kənardan qala kimi görünsə də, içəridən daha çox uşaq otağına oxşayır. (Klar But Luc)

Kişilər qəlbləri ilə deyil, fikirləri ilə yaşayırlar. (A. Çexov)

Kişilər yatdıqları hər qadını sevməzlər, sevdikləri qadınlarla yatmazlar. (Diderot)

Qızıl odla, qadın qızılla, kişi də qadınla əriyər. (Pifaqor)

Subay kişilər qadınlar haqda evli kişilərdən daha çox şey bilirlər. Əgər bilməsəydilər, onlar da evlənərdilər. (H.L.Menken)

Kişinin “kişinin yaxşısı” anlayışı ilə bir qadının “kişinin yaxşısı” anlayışı eyni şey deyil. (Ortega Y. Qasset)

Kişilərin çoxu uğurunu ilk arvadına borcludur. İkinci arvadını da uğuruna. (Cin Bakus)

Kişilər özlərini yorğun hiss etdiyi üçün, qadınlarsa həvəsdən evlənirlər. İstənilən halda peşman olurlar. (Oskar Uayld)

Kişilər qocalır, qadınlarsa dəyişir. (Höte)

Kişilər şərab kimidir. İllər keçdikcə yaxşıları özünü tutar, pisləri ilə xarab olar. (Cicero)

Kişilər həyatlarının bir kəsimində evlərində şahdırlar- doğulduqları gündən üç yaşına qədər... (Qaston Peyses)

Kişilərin ağlı ev qadını axtarar, qəlbi və xəyalı ilə başqa xüsusiyyətlər axtarışındadır. (Höte)

Qadınlar adi kişiləri xoşlayırlar. Kişilər də adi olmaq üçün əllərindən gələni edərlər. (Madonna)

Bütün gözəl qadınlar evlidirlər, bütün gözəl kişilərsə geydirlər. (Robi Uilyams)

Adəm əlinə düşən ilk fürsətdə günahı Həvvanın boynuna atdı. (Nensi Astor)

Evlənmədim, çünki buna ehtiyacım yoxdur. Evimdə bir kişini əvəz edəcək üç heyvanım var: səhərlər hürən itim, günortalar dayanmadan söyüş söyən tutuquşum və axşamlar evə gec gələn pişiyim. (Meri Corelli)

Əgər kişilər bizim nəyə güldüyümüzü bilsəydilər, bizlə yatmazdılar. (Erika Yong)

Bir kişi ilə evlənmək uzun müddət vitrində görüb arzuladığımız bir paltarı almaq kimidir. Çox xoşumuza gələr, alıb gətirərik və evə girər-girməz heç nə ilə uyğun düşmədiyini görərik. (Cin Kerr)

Oğullar analarının ən namuslu olduğuna inanırlar. Qızlar da elədir, amma onlar daha az inanırlar. (Anatoli Frans)

Özünüz haqda danışsanız, kişi üçün sıxıcı olarsınız; başqası haqda danışsaz, dedi-qodu edən kimi yadında qalarsınız; onun haqda danışsanız, dünyanın ən ağıllı və xoşxasiyyət qadını olarsınız. (Linda Sanşayn)

Subay kişilərin vicdanı var, evlilərinsə arvadları. (H.L.Menken)

# 4100 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #