Şairlə şairə üz-üzə gəldi

Şairlə şairə üz-üzə gəldi
11 aprel 2013
# 07:15

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları şairə Aysel Əlizadə və şair Alik Əlioğludur. İştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan balla qiymətləndirilir. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1. Baş qəhrəman hərbi xidmətə gedir. Qorxaq fərarilərsə burda varlanırlar. O hərbi xidmətdən qayıdandan sonra varlı qorxaqlardan biri onu özünə cangüdən götürür. Beləliklə, qəhrəmanlar qorxaqların cangüdəninə çevrilir, həm müharibədə, həm də sülh dövründə. “Cangüdən” adlı bu hekayənin müəllifi kimdir? (6 bal)

a) Kamran Nəzirli

b) Elçin Hüseynbəyli

c) Orxan Fikrətoğlu

d) Səfər Alışanlı

e) Saday Budaqlı

Aysel Əlizadə – c

Alik Əlioğlu– c

Doğru cavab – c

2. Bu cümlə F. M. Dostoyevskinin hansı məşhur romanının “uzaqdan gələn yolu” adlandırılır. Qeyd edək ki, bu cümlə həmin romanın ilk cümləsidir: “Bizim indiyənədək heç nəylə fərqlənməyən şəhərimizdə çox da uzaq olmayan keçmişdə baş vermiş qəribə hadisələrin təsvirinə keçməzdən əvvəl mən öz səriştəsizliyim ucbatından bir qədər uzaqdan – istedadlı və çox hörmətli Stepan Trofimviç Verxovenskinin tərcümeyi-halının bəzi təfərrüatlarından başlamaq məcburiyyətindəyəm”. Söhbət F. M. Dostoyevskinin hansı romanından gedir?(6 bal)

a) “Karamazov qardaşları”

b) “Şeytanlar”

c) “Yeniyetmə”

d) “İdiot”

e) “Cinayət və Cəza”

Aysel Əlizadə – b

Alik Əlioğlu – b

Doğru cavab – b

3. Orxan Pamukun hansı romanının adı ilə Dantenin ilk kitabının adı eynidir? (4 bal)

a) “Bəyaz Qala”

b) “Mənim adım qırmızı”

c) “Qara kitab”

d) “Yeni həyat”

e) “Məsumiyyət muzeyi”

Aysel Əlizadə – d

Alik Əlioğlu – d

Doğru cavab – d

4. Pulutov romanlarının əsas qayəsi nə idi? (5 bal)

a) Cəngavərliyin qüdrətini tərənnüm etmək

b) Cəngavərliyin ənənəçiliyinin ifşası

c) Ülvi sevgi hissləri qarşısında hər şeyin puç və mənasız olması

d) Cəmiyyətdəki yoxsulluğun ifşası

e) Cəngavərliyin ifşası

Aysel Əlizadə – a

Alik Əlioğlu – e

Doğru cavab – d

5. 4 dişi olan yeganə heyvan hansıdır? (5 bal)

a) Köpək balığı

b) Fil

c) Gərgədan

d) Şir

e) Finqo

Aysel Əlizadə – e

Alik Əlioğlu – a

Doğru cavab – b

6. “Titanik” filmində ən çox işlənən söz hansıdır? (5 bal)

a) Leonardo

b) Roza

c) Qorxuram

d) Getmə

e) Sevirəm

Aysel Əlizadə – b

Alik Əlioğlu – c

Doğru cavab – b

7. Hansı fransız yazarı üç dəfə edama məhkum edilmiş, lakin hər dəfə bəxti gətirib azad olub? (4 bal)

a) Fransua Viyon

b) Alfonso de Lamartine

c) Alfred de Musset

d) Alfred de Vigni

e) Andre Çenier

Aysel Əlizadə – a

Alik Əlioğlu – e

Doğru cavab – a

Toplam:

Aysel Əlizadə: 25

Alik Əlioğlu: 16

Ümumi ballara əsasən budəfəki “Yazıçı rinqi” layihəsinin qalibi Aysel Əlizadədir.

# 7707 dəfə oxunub

Oxşar xəbərlər

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?"  - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

15:00 13 may 2026
Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

15:00 12 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər