Xəzərin dibindəki qızıllar

Xəzərin dibindəki qızıllar
6 aprel 2013
# 07:45

Bəzi hekayələr var, adam doğulandan bəri onları eşitsə də, inanmağı gəlmir. Görəsən uydurmadır, yoxsa “olmuş işdir” deyib düşüncələrə dalırıq. Axı yalan olsaydı, illər, əsrlər keçəndən sonra bu günümüzə gəlib çıxa bilərdi? Onlardan hansı əfsanədir, hansı həqiqidir? O hadisələrdən, əfsanələrdən bəzilərini təqdim edirik…

Ceyms Din və lənətli “Porşe”si

Amerikan aktyor Ceyms Din 1955-ci ilin 30 sentyabrında “Porşe Spayder” markalı maşını ilə keçirdiyi avtoqəzada həyatını itirib. Əfsanəyə görə, Dinin “Porşe”si qəzadan sonra bir təmirxanaya satılıb. Təmirçi maşını görmək istəyənlərdən 25 sent alaraq, bir müddət onu təmirxanada sərgiləyib. Pərəstişkarların marağı azalanda maşını satıb. Parçalayıb satmaq üçün “Porşe”ni alan Corc Barris “bu parça Ceyms Dinin maşınındandır” deyərək satırmış. Parçalardan birini alan Troy Makhenri ağır bir yol qəzasında dünyasını dəyişib. Maşının başqa bir hissəsini alan insan isə maşınında ölü tapılıb. Son qurban isə “Porşe”nin skeletinin sərgilənməyi üçün Salinasa gedən yük maşınının sürücüsü olub. Onun da yük maşını yoldan çıxaraq uçuruma yuvarlanıb və ölüb.

“Sonanın uşaqları” kimlərdir?

Bakının mərkəzində, kəndlərində uzun müddət yaşayan insanlar tez-tez “Sonanın uşaqları” sözünü işlədirlər. Xüsusən oğlan uşaqları evə davadan çıxmış, üst-başı dağınıq, içkili – bir sözlə, pis vəziyyətdə gəlirsə, ona evdə deyilən ilk söz: “Gedib qoşulmuşdun Sonanın uşaqlarına?”, - olur. Amma bu Sona kimdir, nəçidir, neçə uşağı var, niyə onun uşaqları pisdir, ümumiyyətlə Sona adlı elə bir qadın olubmu, bax bunları heç kim bilmir. Bir şəhər əfsanəsi kimi illərdir dilimizə düşüb.

Versal Sarayının tualeti yoxdur

Yəqin ki “Versal Sarayında bir dənə də tualet yoxdur” sözünü eşitmisiniz. Halbuki, Paris yaxınlığındakı bu sarayın həyətində tualet vardı. Kral və kraliçanın tualet otaqları isə fərqli idi. Tualetlər ortası deşik stol formasında, bir növ uşaq tualetlərini xatırladırdı.

Londonda taksi sürücüsü olmaq işgəncədir

Londonda taksi sürücüsü olmaq istəyənlər bir il şəhərin küçələrini velosipedlə gəzməli imiş. Namizədlərə: “Cacment küçəsindəki ayaqqabı mağazasının adı nədir?”, “Bu küçə hansı küçələrlə kəsişir?” kimi əcaib suallar verirlərmiş.

Ayaqqabı şüşədən deyilmiş

Məşhur “Sindrella” nağılının əsl versiyasında qızın ayaqqabısı taxtadan imiş, amma fransızcadan ingiliscəyə ilk dəfə tərcümə olunanda səhvən şüşə kimi yazılıb və bütün dünya dillərinə bu variantda yayılıb.

Xəzərin dibi qızılla doludur

Xəzər dənizi istənilən su hövzəsi kimi bir çox gəmilərə, təyyarələrə, bərələrə “qəbiristanlıq” olub. Ta XVII-XVIII əsrlərdən Xəzər vasitəsilə Rusiya və İranla ticarət əlaqələri qurulub. Hazırda Xəzərin dibində 450-dən artıq gəmi, 200 kater, 10 bərə, 45 təyyarə, habelə 300 tondan artıq kimyəvi maddə, radioaktiv birləşmələr və yüzlərlə sistern neft, mazut, benzin daşıyan tankerlər var. Yəni Xəzərin dibi indi hər an partlamağa hazır dinamit olmaqla yanaşı, həm də gəmilərdə batan çoxlu sayda qızıl, gümüş əşyaların məkanıdır.

Hamının fərqli dil izi var

Dil izi səhv olma ehtimalı ən aşağı olan fərqləndirmə üsuludur. Hətta barmaq izindən belə daha dəqiqdir. Oranı-buranı yalamaq ədəbsiz və qeyri-sağlam bir şey olmasaydı, barmaq izi əvəzinə dil izindən istifadə edərdilər.

Yanacaqdoldurma məntəqəsində mobil telefon qadağası

“Mobil telefonunuzu söndürün” qadağasını yəqin çox yerlərdə görmüsünüz. Bu yerlərdən biri də yanacaqdoldurma məntəqəsidir. Mobil telefonların siqnalları yanacaqdoldurma məntəqəsindəki tankerlərin partlamağına səbəb ola bilər.

Qulaqlıqlar bakteriyanı çoxaldır

Qulaqlıqla yüksək səsli musiqi dinləməyin zərərli olduğunu bilməyən yoxdur. Ancaq qulaqcığın zərəri təkcə bu deyil. Araşdırmalara görə, bir saat qulaqcıq musiqi dinləyəndə qulaqdakı bakteriyaların miqdarı 11% artır.

Xaş-xaşlı çörək narkotik testini “müsbət” çıxarır

Xaş-xaşlı çörək və ya kökə yedikdən sonra verilən sidik testinin nəticələri qanda narkotik maddənin olduğunu göstərə bilər. Köhnə sistemlə işləyən laboratoriyalarda bu nəticənin çıxması mümkündür. Ancaq texnologiya və laboratoriyalar müasirləşdiyi üçün artıq belə bir ehtimal yoxdur.

Susuz və yeməksiz 28 gün

İnsanın normal şəraitdə susuz yaşaya biləcəyi günlərin sayı maksimum altıdır. Su içib yemək yeməsən, 4-6 həftə yaşamaq olar. Kök insanlar 25 həftə susuzluğa və aclığa dözə bilərlər.

# 7734 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #