Uzunömürlülüyün sirri  

Uzunömürlülüyün sirri  
29 avqust 2013
# 07:30

Kulis.az uzunömürlülüyün 10 sirrini təqdim edir:

  1. Ac qalmağı öyrənin

Alimlərin 1934-cü ildən bəri apardığı araşdırmalar göstərib ki, ac saxlanılan siçanlar daha çox yaşayır. Təsadüfi deyil ki, dünyanın ən uzunömürlü insanlarının yaşadığı Yaponiyanın Okinava prefekturasında əhali süfrədən doymamış qalxma vərdişi ilə tanınır.

  1. Dil öyrənin

Uzunömürlülüyün və xoşbəxtliyin ən mühüm açarlarından biri də beynin yaxşı işləməsidir. Araşdırmalar göstərir ki, iki və ya daha çox dili yaxşı bilən insanların beyni yaxşı işləyir və bu da çox yaşamağa təsir edir. Yaşlı vaxtlarda belə, dil öyrənmək ömrü uzadır.

  1. Dağlarda yaşayın

Dağlarda yaşayan insanların daha uzunömürlü olurlar. Bunun səbəbi isə hərəkət, təmiz hava və gözəl mənzərədir.

  1. Gen müalicəsi edin

2012-ci ilə qədər mümkünsüz olan bu müalicənin siçanlar üzərində aparılan araşdırmalarda ömrü 24 faiz uzatdığı məlum olub. Gen müalicəsi ilə xəstəliklər əvvəldən təsbit edilib müalicə olunur.

  1. Varlı olun

“Pul əl çirkidir” deməklə iş bitmir. Məlum olub ki, varlılar kasıblara nisbətən daha çox yaşayırlar. Varlı ölkələrdəki insanların orta yaş həddi kasıb ölkələrdəki insanlardan 15-20 il daha çoxdur.

  1. İnanın

Hansısa inanca sahib olan insanlar daha tez ölür, yoxsa inanca sahib olmayanlar? Araşdırmalar dindarların ateistlərdən daha uzun yaşadıqlarını göstərir. Dindarları dəstəkləyənlərin sayı ateistləri dəstəkləyənlərin sayından çox olur. Beləliklə dindarların həyatları daha rahat və asan keçir.

  1. Çox işləyin

1921-ci ildə 1500 uşaq üzərindəki tədqiqatlar qəribə nəticələr verib: Yaxşı və rahat həyatı olan uşaqlar çox işləyən və stresslə mübarizə aparanlara nisbətən daha az yaşayırmış…

  1. Dərman atın

Doğrudan da, ömrü uzadan dərmanlar var. Məsələn, “Rapamycin”. 2009-cu ildə dovşanlar üzərində aparılan araşdırmalarda bu dərmanın ömrü 14 faiz artırdığı müəyyənləşib.

  1. Yeni orqanlar nəql etdirin

Yeni texnologiyalarla artıq hər cür transplantasiya həyata keçirilir, hətta dəri nəqli də. Bircə beyninizə toxunmayın.

  1. Yaxşı işlər görün

Paradoksal görünsə də, ömrünüzü uzatmaq istəyirsinizsə, başqalarına əl tutun. Sübut olunub ki, kömək etmək insanı daha xoşbəxt və kommunikativ edir.

# 3577 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #