Seks müəllimi danışır...

Seks müəllimi danışır...
5 mart 2013
# 09:00

Sevgilinizlə dəlicəsinə sevişirsiniz. Elə bu vaxt qıraqdan biri: “İndi bir az yumşaq toxun”,- deyir. Bunu deyən adam sizin seks müəlliminiz Erik Amarantdır. O, indiki dövrün ən peşəkar seks müəllimlərindən biridir. İşi siz sekslə məşğul olanda faydalı məsləhətlər vermək, düzgün davranmağı öyrətməkdir.

Erik Amarant kimdir?

Amarant əslində psixoloqdur. ABŞ-ın Virciniya əyalətindəki Uilyam və Meri Universitetinin psixologiya fakültəsində oxuyub. Seksi öyrənməyə başlayıb və indi 82 yaşı olan seksoloq Betti Dodsondan xüsusi dərslər alıb. 10 il onunla birgə işləyib. İndi 36 yaşı var Amarantın. Sevgilisi ilə də münasibətləri əladır.

“Seks barədə rahat danışan qızlar çox seksual görünürlər, məncə. Sevgilim də onlardan biridir”, - deyir.

- Seks müəllimi necə işdir? Nə edirsiniz?

- Seks elə mövzudur ki, bu barədə heç kim heç kimə məsləhət verə bilmir. Psixoloqlar, psixiatrlar var, amma onlar ancaq sekslə məşğul ola bilməyənlərin psixoloji problemlərini həll edirlər. Onların işləri fiziki və ya zehni həzzi artırmaq deyil. Seks müəllimlərinin isə məqsədi məhz budur: həzzi artırmaq. Elə bil, boks müəllimi şagirdinə boksu daha yaxşı oynamağı öyrədir.

- Yaxşı, bəs bunu necə edirsiniz? Hansı üsullar var?

- Əvvəlcə, cütlüklə danışıram, təxminən yarım saat. Bəzən problemlərinə uyğun olaraq ya psixoloqların, ya da seks terapevtlərinin yanına göndərirəm. Seksual asılılığı olanlar, gənc yaşda cinsi təcavüzə məruz qalanlarla işləmirəm. Çünki həmin sahə üzrə təhsil almamışam. Müraciət edən insanın ərini, yaxud arvadını daha çox məmnun etmək istədiyini görsəm, işi qəbul edirəm.

- Sizi necə tapırlar?

- Çox vaxt saytım vasitəsilə əlaqə yaradırlar.

“Skype-la seks”

- Seanslar harada olur?

- Əgər mənim kimi Nyu-York sakinləridirsə, evlərinə gedirəm, ya da otellərin birində görüşürük. Əksər müştərilər uzaqda yaşadığı üçün çox vaxt “Skype” vasitəsilə kömək edirəm. Etdikləri şeylərin daha yaxşı variantını başa salıram.

- Cütlüklər sevişəndə otaqda oturursunuz? Həm də toxunursunuz?

- Toxunmağa ehtiyac yoxdur. Otağın bir küncündə oturub baxıram. Öyrətmək istədiklərimi seks oyuncaqları və modellər üzərində başa salıram. Cütlüklər onları narahat edən yerə qədər sevişir və dayanıb suallarını verirlər. Əgər düzgün edirlərsə hər şeyi, səsimi çıxartmadan işlərini bitirməyi gözləyirəm.

“Bir-birini kəşf etmək”

- Müştərilərinizin köməyə ehtiyacı olduğunu hardan bilirsiniz?

- Müştərilərimdən “mükəmməl seks” anlayışlarını soruşuram. Cəmiyyətin “yaxşı seks belə olmalıdır” şablonlarından qurtula bilməyiblərsə, demək seks müəlliminə ehtiyacları var. Cütlük bir-birini kəşf etməlidir. Bəzilərinin heç “mükəmməl seks” anlayışı yoxdur. İnsanların əksəriyyəti seks haqda çox dar fikirlərə sahibdirlər. Mən onlara əsl seksin necə olduğunu göstərirəm.

- Seks müəlliminə ancaq seks təcrübəsi kifayət qədər olmayanlar müraciət edir?

- Xeyr. Həzz almayanlar, daha çox şey öyrənmək istəyənlər də müraciət edirlər. Hamı əvvəlcə öz bədənini, sonra partnyorunun bədənini tanımalıdır.

“Ev tapşırığını yerinə yetirməyənlər yorur məni”

- İlk seansdan sonra reaksiya necə olur?

- Bir seansda öyrəndikləri müştərilərimi çox xoşbəxt edə bilir. Bunun hələ başlanğıc olduğunu biləndə qarşıda nələr olacağını görmək istəyirlər. Onlara yeni bir qapı açıram.

- Neçə müştəriniz var?

- Fərqli ölkələrdən müraciət edən 200 müştərim var. Aralarında qadınlar, subay kişilər, cütlüklər, bəzən homoseksuallar da olur.

- Sizi yoran müştəriləriniz olur?

- Verdiyim ev tapşırıqlarını yerinə yetirməyən müştərilər məni yorur. Evdə bəzi şeyləri təcrübədən keçirməyi tapşırıram, etmirlər, onda da heç bir irəliləyiş qeydə almaq olmur.

- Seks haqda çox düşünəndə sehrini itirmir sizcə?

- İnsanların faydalana biləcəyi iki cür seks var. Birincisi, hisslərin olduğu, ikincisi proqramlaşdırmağa ehtiyacı olan seks. Məsələn, arvadınızdan oral seks istəyirsiniz, o da bunun necə edildiyini bilmədiyi üçün sizi məmnun edə bilmir. Ona görə, gərək birinci praktikada bunu öyrənsin ki, sonra hislərini qata bilsin seksə.

“Qadınların problemi orqazm ola bilməməkdir”

- Əsasən hansı problemlə qarşılaşırsınız?

- Qadınların əksəriyyəti orqazm ola bilməməkdən şikayətlənirlər. Bunun səbəbi partnyorlar arasında seks vaxtı nevroloji əlaqənin qırılmasıdır. Orqazma çatmaq üçün bu əlaqə qüvvətli olmalıdır. Qadınlar üçün bu, asan deyil. Dini inancları icazə verirsə, evdə masturbasiya edərək hislərini oyada bilərlər.

- Əgər tərəflərdən biri partnyorundan narazıdırsa, nə etməlidir?

- Mütləq oturub danışmalı, problemi həll etməyə çalışmalıdırlar. Seks müəlliminə müraciət etsinlər. Bu, hədəfə ən sürətli yoldur. Seks kitabları da oxuya bilərlər. Amma kitablarda məlumatlar ümumidir, fərdi deyil. Seks oyuncaqları da yaxşı alternativdir. Nələrdən zövq aldıqlarını kəşf etsinlər oyuncaqlarla.

- Sağlam seks həyatı üçün nələr vacibdir?

- Mütləq sevgi olmalıdır. Seksual təcrübə də olsa, əlaqələr gözəlləşər. Müştərilərimdən də, öz seks həyatımdan da bir nəticəyə gəlmişəm: Yaxşı seks həyatınız varsa, münasibətlərdə də bir-birinizə qarşı daha səbirli olursunuz. Bir-birinizə verdiyiniz fiziki həzz sizə ərinizin corablarını hara atdığını unutdurur.

Amaranta ən çox müraciət edənlər:

- Seks həyatları qaydasında olmadığı üçün boşanmağa hazırlaşan cütlüklər;

- Boşalma və ereksiyanı nəzarət altında tutmaq istəyən kişilər;

- Əlaqəyə girməkdən qorxan və qorxusunu dəf etməyə çalışanlar;

- İlk orqazmlarını yaşamaq istəyən qadınlar;

- Təqlid etməkdən yorulub, həqiqi seks istəyənlər;

- Yataqda daha təcrübəli, məlumatlı olmaq istəyənlər.

Mənbə: “Tempo” jurnalı

# 27143 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #