Markesin arxivi satıldı

Markesin arxivi satıldı
26 noyabr 2014
# 11:17

ABŞ-ın Texas Universiteti Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel García Márquez-in arxivini alıb. Arxivə bu ilin aprelində vəfat etmiş yazıçının əlyazmaları, bloknotları, fotoalbomları, məktubları, şəxsi əşyaları, o cümlədən 2 ədəd “Smith Corona” makinəsi və 5 ədəd “Apple” kompüteri daxildir.

Texas Universitetinin Ransom Mərkəzi ölkənin ən zəngin arxivlərindən birinə malik qurumdur.

Burada həmçinin James Joyce, Ernest Hemingway, William Faulkner, Jorge Luis Borges və başqa dünyaca məşhur yazarlara məxsus sənədlər, əşyalar saxlanır.

Marqezin Texasa aparılan arxivinə onun yarımçıq qalmış “Avqustda görüşərik” romanının da əlyazmaları (bunun azı 10 versiyası var), eləcə də "Yüz ilin tənhalığı"nın nəşriyyata göndərilmək üçün hazır olan makinə variantı (yazıçının elədiyi bir neçə düzəlişlə) daxildir.

Nə Ransom Mərkəzi, nə də yazıçının ailəsi arxivin neçəyə satıldığını açıqlamaq istəməyib.

Marquez gələcəkdə tədqiqatçıların onun həyat və yaradıcılığını araşdıracağından narahat idi.

2003-cü ildə "Playboy" jurnalına verdiyi müsahibədə demişdi ki, bu, başqalarının sənin alt paltarına baxmasına bənzəyir.

Marquez adətən qaralamalarını məhv edərdi. Bunu Marquez-in rəsmi bioqrafı Gerald Martin 2009-cu ildə çap edilən kitabında yazır: “Mənim atam perfeksionist idi. Perfeksionistlər isə başa çatmayan işlərini heç kimə göstərmirlər".

Marquezin oğlu Rodrigo García müsahibələrinin birində deyir: "O, yazmaqda olduğu əsərin qəhrəmanları haqda daim zarafat edər, amma əsərin özünü 90 faizi hazır olmamış bizə göstərməzdi".

Amma həyat yoldaşı Mercedes yazıçının son kitablarının əlyazmalarını qoruyub saxlayardı. Yazıçı da buna etiraz etməzdi.

Bununla belə Marquez çox özəl məsələlərlə bağlı "iz" qoymaq istəməzdi.

Məsələn, deyilənə görə, o, Mercedes-ə yazdığı sevgi məktublarını alıb yandırmaq da istəyib.

Oğlu Rodrigo García deyir ki, atası "telefon adamı"ydı, heç kimlə şəxsi münasibətlərinə aid "sənəd-sübutun" qalmasını istəməzdi, deyərdi ki, "mənim yaşadıqlarımın, düşündüklərimin hamısı kitablarımdadır".

Marquez yazdığı məktubların da az hissəsini saxlayıb.

Arxivindəki 2000-ə yaxın məktubun çoxu ona gələn məktublardır.

Burada Graham Greene, Milan Kundera, Julio Cortázar, Günter Grass və Carlos Fuentes kimi məşhur yazıçılardan gəlmiş məktublar da var.

“New York Times”a istinadla OxuZalı

# 1741 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər